Xəyalınızdakı evə gedən yolda Ziraat Bank Azərbaycan dəstəyini hiss edin!
Ziraat Bank Azərbaycan olaraq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət fondunun (ARİKZF) vəsaiti hesabına verilən güzəştli ipoteka kreditini təklif edirik. Zəmanətli və zəmanətsiz olaraq təqdim edilən güzəştli ipoteka kreditləri üzrə ilkin ödəniş 15% -dən başlayır. 100 000 AZN məbləğində 3 ildən 30 ilədək təqdim edilən zəmanətli güzəştli ipoteka krediti ilə illik cəmi 3.7 %, zəmanətsiz güzəştli ipoteka krediti ilə isə illik cəmi 4 % ödəməklə Siz ev sahibi ola bilərsiniz.
- Zəmanətli ipoteka kreditindən istifadə etmək üçün ipoteka məbləği üzrə Fond tərəfindən müəyyən edilmiş müvafiq zəmanət haqqı ödənilməlidir (Zəmanət haqqı üzrə tarif dərəcələri növbəti linkdə yerləşdirilmişdir: http://mcgf.gov.az/menu/68 )
- Güzəştli ipoteka kreditinin alınması üçün müraciətlər yalnız Elektron Hökümət Portalı (www.e-gov.az) vasitəsilə mümkündür. Müraciət zamanı qeydiyyatdan keçə bilməyiniz üçün Elektron İmza Tokeni (www.e-imza.az) və ya ASAN imza (www.asanimza.az) əldə etməyiniz mütləqdir.
- Güzəştli ipoteka kreditinin alınması məqsədilə müraciətə dair istifadəçi təlimatı üçün: https://www.e-gov.az/home/getfile/2300
- Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.
- İllik faiz dərəcəsi min 3.70%, FİFD min. 3.70%, müddət max. 30 il
Siz də xəyalınızdakı evə sahib olmaq istəyirsinizsə filiallarımıza yaxınlaşaraq və ya *9229 qısa nömrəsinə zəng edərək məlumat əldə edə bilərsiniz!
Dövlət İpoteka krediti (güzəştli) aldığınız zaman bədbəxt hadisə və ya xəstəlik baş verdiyi halda (vəfat və əmək qabiliyyətinin itirilməsi) ailənizi borc yükündən qorumaq üçün həyat sığortası əldə etməyinizi tövsiyyə edirik.
Borcalanın həyat sığortası haqqında qısa məlumat:
Bu sığorta növü, borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından könüllü sığorta üzrə fiziki şəxslərə tətbiq edilir. Qeyd edilən sığorta növü üzrə verilən sığorta təminatı borcalanın seçdiyi sığortaçının tətbiq etdiyi şərtlərə əsasən fərqlənə bilər.
Sığorta müqaviləsi qüvvədə olduqda və sığorta hadisəsi baş verdikdə (şəxsin ölümü və ya əmək qabiliyyətinin itirilməsi), sığortaçı borclunun banka olan kredit borcu üzrə sığorta ödənişini sığorta müqaviləsində müəyyən edilmiş şərtlər daxilində banka ödəyir.
Sığorta qaydaları ilə tanış olmaq üçün link: https://e-qanun.az/framework/56958