Social Mortgage Loan

Xəyalınızdakı evə gedən yolda Ziraat Bank Azərbaycan dəstəyini hiss edin!

Ziraat Bank Azərbaycan olaraq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət fondunun (ARİKZF) vəsaiti hesabına verilən güzəştli ipoteka kreditini təklif edirik. Zəmanətli və zəmanətsiz olaraq təqdim edilən güzəştli ipoteka kreditləri üzrə ilkin ödəniş 15%-dən başlayır. 100 000 AZN məbləğində 3 ildən 30 ilədək təqdim edilən zəmanətli güzəştli ipoteka krediti ilə illik cəmi 3.7 %, zəmanətsiz güzəştli ipoteka krediti ilə isə illik cəmi 4 % ödəməklə Siz ev sahibi ola bilərsiniz.

  • Zəmanətli ipoteka kreditindən istifadə etmək üçün ipoteka məbləği üzrə Fond tərəfindən müəyyən edilmiş müvafiq zəmanət haqqı ödənilməlidir (Zəmanət haqqı üzrə tarif dərəcələri növbəti linkdə yerləşdirilmişdir: http://mcgf.gov.az/menu/68 )
  • Qeyd edək ki, güzəştli ipoteka kreditinin alınması üçün müraciətlər yalnız Elektron Hökümət Portalı (www.e-gov.az) vasitəsilə mümkündür. Müraciət zamanı qeydiyyatdan keçə bilməyiniz üçün Elektron İmza Tokeni (www.e-imza.az) və ya ASAN imza (www.asanimza.az) əldə etməyiniz mütləqdir.
  • Güzəştli ipoteka kreditinin alınması məqsədilə müraciətə dair istifadəçi təlimatı üçün: https://www.e-gov.az/home/getfile/2300
  • Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

Siz də xəyalınızdakı evə sahib olmaq  istəyirsinizsə filiallarımıza yaxınlaşaraq və ya *9229 qısa nömrəsinə zəng edərək  məlumat əldə edə bilərsiniz!

Condition

Required Documents

Güzəştli İpoteka krediti üçün aşağıdakı şəxslər müraciət edə bilər