Müşahidə Şurası

1. Müşahidə Şurasının Sədri - Dr. İlker Met

Orta Doğu Teknik Üniversitesi” Mühəndislik Fakültəsinin, Geologiya Mühəndisliyi üzrə bakalavr və magistr pillələrində təhsil almışdır. “Sakarya Universiteti”-nin İctimai Elmlər Institutunun Biznesin İdarəedilməsi fakültəsininin magistratura dərəcəsini və “Kara Harp" məktəbinin Müdafiə Elmləri İnstitutunun Texnologiyaları İdarəetmə fakültəsinin doktorantura pilləsini  fərqlənmə ilə bitirmişdir. Peşəkar karyerasına 2000-ci ildə T.C Ziraat Bankasında kiçik mütəxəssis olaraq başlamış və daha sonra mütəxəssis, direktor, layihə meneceri, şöbə müdiri və Korporativ Memari Qrup rəhbəri vəzifələrində çalışmışdır. 2019-cu ilin Dekabr – 2022-ci ilin Iyul tarixləri arasında İnsan Resursları Qrup rəhbəri vəzifəsində çalışan Dr. İlker Met, İyul 2022 tarixindən etibarən Analitik Bankçılıq və Məhsul İdarəsi Qrup rəhbəri vəzifəsini icra etməkdədir.

Hazırda, həmçinin Ziraat Bank Azərbaycan ASC-nin  Müşahidə Şurasının sədridir.

 

2. Müşahidə Şurasının üzvü - Korcan Şahin

Anadolu Universitetinin İqtisadiyyat Fakültəsindən məzun olmuşdur.  2010-cu ildə Gazi Universiteti Təhsil Elmləri İnstitutu Bankçılıq fakültəsində magistratura təhsilini tamamlamışdır. Peşəkar karyerasına 1999-cu ildə T.C. “Ziraat Bankası” IT departamentində başlamış, daha sonra sözügedən bankın müxtəlif departamentlərində menecer köməkçisi, menecer, filial müdiri, şöbə müdiri olaraq fəaliyyətini davam etdirmişdir. Korcan Şahin 2023-cü il sentyabr ayından bu günədək Pərakəndə Kreditlərin Ayrılması və İdarə Olunması - 4 departamentinin rəhbəri vəzifəsində çalışır.

Hazırda, həmçinin Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasının üzvüdür. 

 

3. Müşahidə Şurasının üzvü - Sedat Yılmaz

Gazi Universitetinin İqtisadi İdari Elmlər Fakültəsinin Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil almışdır. Peşəkar karyerasına 2005-ci ildə T.C. “Ziraat Bankası” Təhsil şöbəsi Bankçılıq məktəbində başlamışdır. 2006-ci ildən etibarən T.C. “Ziraat Bankası”–nın müxtəlif filial filial, kommersiya şöbəsi, regional menecer bölmələrində kiçik mütəxəssis, mütəxəssis, menecer, müdir, filial müdiri  kimi fərqli vəzifələrdə çalışmışdır. Sedat Yılmaz 2023-cü il sentyabr ayından bu günədək Filial Əməliyyatları departamentinin rəhbəri vəzifəsində çalışır.

Hazırda, həmçinin Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasının üzvüdür.