Təbiəti Qorumaq
Son illərdə təbii fəlakətlərin və iqlim dəyişikliyinin təsirləri bütün dünyada yüksək səviyyədə yaşanır. Qlobal istiləşmənin ən böyük səbəblərindən biri həm məişət istifadəsi, həm də mövcud istehsal prosesləri nəticəsində yaranan emissiyalar və karbon emissiyaları kimi qəbul edilir. Ziraat Bank Azərbaycan olaraq təbiəti qorumaq məqsədini mənimsəyir, bu istiqamətdə təkmilləşdirmə xərclərinin və investisiyaların maliyyələşdirilməsini əsas məqsədimiz olaraq qəbul edirik.
Elektrikli və Hibrid Mühərrikli Avtomobillərin Alışı Bizim Yaşıl Avto Kredit ilə daha Asan!
İstər 0 km, istərsə də ikinci əl olsun, almaq istədiyiniz avtomobilə qərar verin və Elektrik mühərrikli avtomobillərdə 48 aya, Hibrid mühərrikli avtomobillərdə 36 aya qədər ödəmə müddəti və sərfəli faiz dərəcələrimiz ilə Ziraat Bank Yaşıl Avto Kreditindən yararlanın.
Xüsusiyyətləri:
- 0 km və ya ikinci əl olan minik avtomobillər üçün istifadə oluna bilər
- Elektrik mühərrikli avtomobillərdə 48 aya qədər, Hibrid mühərrikli avtomobillərdə 36 aya qədər ödəmə imkanı
- Kreditin məbləği, Elektrik mühərrikli avtomobilin istehsal tarixindən keçən müddət 3 ildən kiçik (0-36 ay) olduğu halda avtomobilin dəyərinin 90 %-nə qədər təşkil edir.
- FİFD: Elektrikli avtomobillər üzrə min 14,96%, max 16,72%; Hibrid avtomobillər üzrə min 16,44%, max 18,73%
- Hibrid mühərrikli avtomobillərdə isə kreditin məbləği, Avtomobilin istehsal tarixindən keçən müddət 1 ildən kiçik (0-12 ay) olduğu halda dəyərinin 80 %-nə qədər, 1 ildən 3 ilə qədər (13-36) olduğu halda isə dəyərinin 60 %-nə qədər təşkil edir.
- İlkin ödəniş Elektirik mühərrikli avtomobillərdə 10%-dən, Hibrid mühərrikli avtomobillərdə isə 20%-dən başlayaraq tələb olunur.
- Kredit hesabına alınan avtomobil kreditin təminatı olaraq alınır
- Kredit hesabına alınan avtomobilin KASKO sığorta edilməsi mütləqdir.
- Kredit AZN valyutasında təqdim olunur. (Əmək haqqını xarici valyuta ilə alan şəxslər xarici valyuta ilə Avto Kreditimizdən yararlana bilər)
Qeyd: Ziraat Bank Yaşıl Avto Kreditindən Azərbaycan və Türkiyə* Respublikalarının vətəndaşları istifadə edə bilər.
*Türkiyə Cümhuriyyəti vətəndaşlarının müvəqqəti və daimi yaşayış icazəsinin olması və əsas iş yerinin Azərbaycan Respublikasında olması mütləqdir.
Lazımi sənədlər:
- Şəxsiyyət vəsiqəsi / xarici ölkə vətəndaşının müvəqqəti və ya daimi yaşamaq üçün (Türkiyə Respublikası vətəndaşları) vəsiqəsi,
- Gəliri təsdiq edən sənədlər (e-gov arayışı / iş yerindən arayış / bank hesabından çıxarış)
- Sıfır kilometr avtonəqliyyat vasitələrinin kreditləşdirilməsində satan firmadan faktura sənədləri, alqı-satqı müqaviləsi, qiymətləndirmə aktı, nəqliyyat vasitəsinin uçot kartoçkası, nəqliyyat vasitəsini müayinədən keçirilməsi haqqında arayış.
Ziraat Bank Yaşıl Avto Kreditindən yararlanmaq istəyirsinizsə Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən filiallarımıza yaxınlaşaraq müraciət edə bilərsiniz