Türkiyədə bank sektorunun qurucusu və ölkə iqtisadiyyatının lokomotivi olan Ziraat Bankası 1863-ci ildə qurulmuşdur. Geniş filial şəbəkəsi və məhsul çeşidi ilə müştərilərinə ən sürətli və səmərəli xidmət təqdim edən Bank, 160 ildən artıqdır ki, yeniliklərin lideridir. Ziraat Bankası yenilikliyin izahını hər növ iqtisadi bazar şəraitində daha yaxşı nəticələrə nail olmaq kimi təsvir edir.
Müqayisəsiz maliyyə xidmətləri göstərmək bacarığına sahib olan Bank həm yerli, həm də regional gücə sahibdir. KOBİA-lardan böyük təşkilati şirkətlərə, fiziki şəxslərdən təqaüdçülərə qədər geniş bir müştəri kütləsinin seçimi olan Ziraat Bankası, Türkiyədəki davamlı böyümənin və iqtisadi inkişafın qiymətli təməl daşıdır.
Bundan əlavə Türkiyə Respublikası Ziraat Bankası A.Ş-nin güclü müxbir əməkdaşlıq imkanları ona eyni zamanda beynəlxalq arenada da xüsusi bir rol oynamağa imkan yaratmışdır. Bununla da Bank dünyanın bir çox ölkəsində xidmət təqdim edən şəbəkəsi ilə Türkiyənin beynəlxalq ticarətinin çox böyük bir hissəsinə vasitəçilik edərək, iqtisadyyata öz töhfəsini verir.
Ziraat Bankası fəaliyyət hesabatları ilə tanış olmq üçün növbəti linkə keçid edə bilərsiniz: Hesabatlar