
Dr. Selçuk Demir
İdarə Heyətinin Sədri
1966-cı ildə Ərzurumda anadan olub. 1989-cu ildə Anadolu Universitetində bakalavr pilləsi üzrə təhsilini başa vurduqdan sonra İstanbul Ticarət Universitetində Beynəlxalq Bankçılıq və Maliyyə ixtisası ... üzrə Magistr dərəcəsini və İstanbul Universiteti İqtisadiyyat Fakültəsində İqtisad elmləri doktoru dərəcəsi ilə tamamladı. Bank karyerasını Türk Dənizçilik Bankında köməkçi mütəxəssis olaraq başladı. Daha sonra Türkiyə Əmlak Bankında mütəxəssis, şöbə müdiri və bölgə müdiri vəzifələrində çalışdı. Ziraat Bank ailəsinə 2001-ci ildə qoşuldu. Burada iş həyatı 2001-ci ildə Sinanoba Şöbə Müdiri vəzifəsi ilə başladı və Cağaloğlu, Beyazıt, Beşiktaş, Taksim, İkitelli Ticari və Levent Ticari Şöbə Müdirləri vəzifələri ilə davam etdi. "T.C. Ziraat Bankası"da Pərakəndə Marketinq şöbəsinin müdiri, İstanbul Anadolu Bölgə Koordinatoru, Ankara Bölgə Koordinatoru və son olaraq İstanbul 1-ci Bölgə müdiri vəzifələrində çalışıb. Hazırda "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyəti sədri vəzifəsini davam etdirməkdədir.
Devamı Gizle
Ahmet Kudret İşler
İdarə Heyətinin Üzvü
Ahmet Kudret İşler 1975-ci ildə Ankara şəhərində anadan olub. 1993-cü ildə Türkiyədəki TED Ankara Kollecində lisey təhsili alıb.1997-ci ildə Hacettepe Universitetində Statistika ixtisası üzrə bakalavr... təhsili, 2002-ci ildə isə Gazi Universitetində eyni ixtisas üzrə maqistr dərəcəsi almışdır. Ziraat Bank Bankçılıq Məktəbini bitirdikdən sonra, 1998-2004-ci illər arası TCZB-nin Vəsaitlərin İdarə Edilməsi və Maliyyə Nəzarəti şöbələrində mütəxəssis, 2005-2012-ci illər dövründə TCZB-də Ticarət Kreditləri Departamentində Direktor vəzifəsində çalışmışdır. 2012-2015-ci illər arasında TCZB-də Kreditlərin Lahiyələndirilməsi Departamentinin müdiri, 2015-2016 illər arasında Ziraat Bank Azərbaycan ASC-də Kreditlərin Təhlili Departamentinin Direktoru vəzifəsində və 2016-cı ildən Kreditlərin Təhlili və Monitorinqi Qrupunun Direktoru vəzifəsində çalışır. Bundan əlavə, Ahmet Kudret İşler 2017-ci ildən Azərbaycan Kredit Bürosunun Müşahidə Şurası üzvüdür. 24 iyul 2020-ci il tarixində "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir.
Devamı Gizle
Rövşən İbrahimov
İdarə Heyətinin Üzvü
Rövşən İbrahimov 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. 2004 ilində Azərbaycan Beynəlxalq Universiteti - İqtisadiyyatın Hüquqi Tənzimlənməsi fakültəsindən məzun olduqdan sonra təhsilinə 2007-... 2010 illəri arasında Azərbaycan Dövlət İqtisad Universiteti - Maliyyə üzrə Magistr dərəcəsi ilə davam etmişdir. Əmək fəaliyyətinə 2006-cı ildə “Dəmirbank” ASC-də kredit mütəxəssisi olaraq başlamışdır. Sonrakı illərdə həmin bankda Baş Kredit Mütəxəssisi, Filial Müdiri, Şöbə müdiri və Kreditin Təhlili Departamenti Direktorunun müavini olaraq davam etmişdir. 2015-ci ildən etibarən “Ziraat bank Azərbaycan” ASC-də Kreditin Verilməsi və Monitorinqi Departamentinin Direktoru, 2019-cü ildən etibarən isə “Ziraat Bank Azərbaycan” ASC-də Əməliyyat Departamentinin Direktoru olaraq çalışmışdır. 18 İyun 2020-ci il tarixində "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir.
Devamı Gizle
Vüqar Əlipaşayev
İdarə Heyətinin Üzvü
Vüqar Əlipaşayev 1979-ci ildə Şamaxıda anadan olub. 1997-2001 tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti- Maliyyə və Kredit ixtisası üzrə bakalavr dərəcəsi və 2001-2003 illərdə isə Azərbayca... n Dövlət İqtisad Universiteti- Maliyyə və Kredit İxtisası üzrə magistr dərəcəsi almışdır. 2018-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə Fəlsəfə üzrə doktorluq proqramında təhsilini davam etdirir. Əmək fəaliyyətinə 2003-cü ildə Azərbaycan Mikromaliyyələşdirmə Bankında (indiki adı: “Access Bank” QSC) kredit mütəxəssisi olaraq başlamışdır. Sonrakı illərdə həmin bankda Baş Kredit Mütəxəssisi, Filial Müdiri və Korporativ Bank Xidmətləri Departamentinin Direktoru olaraq çalışmışdır. 2015-ci ildən əmək fəaliyyətini “Paşa Bank” ASC-də Kiçik və Orta Biznes Bankçılığı Departamentinin rəhbəri olaraq davam etmişdir. Ziraat Bank Azərbaycan ASC-də 2016-cı ilin mart ayından etibarən Müştəri Xidmətləri Departamentinin Direktoru olaraq çalışır. 18 İyun 2020-ci il tarixində "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir.
Devamı Gizle
Seymur Əliyev
İdarə Heyətinin Üzvü
Seymur Əliyev 1983-cü ildə Gədəbəy rayonunda anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin, İstehsal və xidmət sahələrinin iqtisadiyyatı fakültəsinin Bakalavr, 2006-ci ildə isə e... yni fakültənin Magistr pilləsini fərqlənmə ilə bitirmişdir. Əmək fəaliyyətinə 2008-ci il fevral ayından “Rabitəbank” ASC-də Mikrokreditlər şöbəsində mütəxəssis olaraq başlamışdır. 2008-ci il avqust ayından 2016-ci il aprel ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankında Kredit təşkilatlarına nəzarət departamentində çalışmışdır. Daha sonra Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Bank fəaliyyətinə nəzarət Departamentində aparıcı inspektor vəzifəsində fəaliyyətə başlamış və idarə rəisi vəzifəsinə yüksəlmişdir. 2020-ci il avqust ayından etibarən Ziraat Bank Azərbaycan ASC-də Risklərin İdarəedilməsi bölməsinə rəhbərlik etmişdir. 18 May 2021-ci il tarixində "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir.
Devamı Gizle