Təhlükəsizlik

Təhlükəsizliyiniz üçün Təqdim Etdiklərimiz

Bankımızın təqdim etdiyi İnternet Bankçılığına daxil olmaq üçün müəyyən təhlükəsizlik addımlarından keçilərək istifadəçi sistem tərəfindən yoxlanılır.
Fiziki şəxslər ilk addımda müştəri nömrələrini və şifrələrini daxil edərək sonrakı addımda istəklərinə görə Ziraat Mobil təsdiq bildirişi və ya SMS şifrələrini istifadə edərək identifikasiyadan keçə bilərlər. Ziraat Mobil təsdiq bildirişində və ya SMS şifrəsini istifadə etdiyi addımda ekranda mütləq Ad-Soyad məlumatını, daha öncə qeyd edilmiş təhlükəsizlik mesajını və təhlükəsizlik şəklini görəcəklər. Bunlar müştərilərimizin həqiqətən Ziraat Bank Azərbaycan İnternet Bankçılığı səhifəsində olduqlarından əmin olmalarını təmin edən təhlükəsizlik ünsürləridir.  
Korporativ müştərilərimiz isə ilk addımda korporativ müştəri nömrələrini (alt istifadəçilər isə fiziki şəxs müştəri nömrələrini) və şifrələrini daxil edərək; sonrakı addımda istəklərinə görə Ziraat Mobil təsdiq bildirişini və ya SMS şifrələrini istifadə edərək identifikasiyadan keçə bilərlər. Ziraat Mobil təsdiq bildirişində və ya SMS şifrəsini istifadə etdiyi addımda ekranda mütləq Ad-Soyad məlumatını, daha öncə qeyd edilmiş təhlükəsizlik mesajını və təhlükəsizlik şəklini görəcəklər. Brauzerin adres yerinə " https://ziraatbank.az/az " yazaraq əlaqə yaradılmalıdır, İnternet Bankçılıq adresinin " https://online.ziraatbank.az/WebApplication.UI/Default.aspx?CustomerType=Retail " və ya "https://online.ziraatbank.az/WebApplication.UI/Default.aspx?CustomerType=Corporate " olduğundan əmin olmaq lazımdır.
İnternet Bankçılıqda olduğunuz müddətdə 10 dəqiqə ərzində iş görmədiyiniz təqdirdə, xəbərdarlıq pəncərəsi çıxacaq və işə davam edib-edilməyəcəyi soruşulacaq. 30 saniyə içində bu pəncərədə hər hansı bir cavab seçmədiyiniz halda və ya “Çıxış” seçsəniz mövcud sessiyanız bağlanacaqdır. İşə davam etməyi seçsəniz, qaldığınız yerdən işə davam edəcəksiniz. 

Ziraat Bank Azərbaycan Mobil tətbiqində Təhlükəsizlik

Ziraat Bank Azərbaycan Mobil tətbiqimiz, Android və IOS əməliyyat sisteminə sahib mobil telefonlarında dəstəklənməkdədir. 
Ziraat Bank Azərbaycan Mobil tətbiqinə ilk girişdə, İnternet Bankçılığa bənzər formada müştəri nömrəsi və şifrə daxil edilməkdədir.
İnternet Bankçılıqdan fərqli olaraq, istəyə görə giriş edən müştəri xatırlana bilən və hər girişdə müştəri nömrəsi soruşmayan yalnız şifrə yazılaraq giriş etmənizi təmin edən özəllik mövcuddur. 
Həm Ziraat Bank Azərbaycan Mobil, həm də İnternet Bankçılığı girişlərində təhlükəsizlik seçimi olaraq təqdim edilən Mobil Təsdiq texnologiyası, Asan imza sayəsində, müştəriləmizin mobil telefonları üzərində cihaz tanıdılması edilərək yüksək səviyyədə təhlükəsizlik yoxlaması təmin edilməkdədir. Ziraat Bank Azərbaycan Mobil tətbiqində təhlükəsizlik seçiminizi Asan Mobil giriş olaraq dəyişdirdiyinizdə, ikinci addımda soruşulan SMS şifrəyə ehtiyac olmadan yoxlamanız reallaşır və tək şifrə girişi edə bilirsiniz.  Ziraat Bank Azərbaycan Mobil tətbiqində təhlükəsizlik seçiminizi Biometric ID giriş olaraq dəyişdirdiyinizdə, ikinci addımda soruşulan SMS və giriş şifrəsinə ehtiyac olmadan yoxlamanız reallaşır və tək biometrik məlumatlarınız ilə giriş edə bilirsiniz.  

İnternet Bankçılığında SSL Təhlükəsizlik Sertifikatı

Ziraat Bank Azərbaycan İnternet Bankçılığı SSL Təhlükəsizlik Sertifikatı, şəbəkə üzərindəki məlumat mübadiləsində təhlükəsizlik və gizliliyin təmin olunması məqsədi ilə Netscape tərəfindən yaradılmış bir təhlükəsizlik protokoludur. SSL, göndərilən məlumatın yalnız düzgün adresdə deşifrə edilə bilməsini təmin edir. Məlumat göndərilmədən öncə avtomatik olaraq şifrələnir və sadəcə doğru alıcı tərəfindən deşifrə edilə bilir. Hər iki tərəfdə də eyniləşdirmə edilərək əməliyyat və məlumatın gizliliyi və bütövlüyü qorunur. 
Təhlükəsizliyiniz üçün İnternet Bankçılığı- server sertifikatları 128/256 bit şifrələmə özəlliyinə sahib, istifadəçilərin saxtaçılıq yönümlü saytları təhlükəsiz saytlardan daha rahat ayırd etmələrini, fişinq və digər təhlükələrdən qorunmalarını təmin edən "Digicert SSL" sertifikatını istifadə etməkdədir. Bu funksionallığı dəstəkləyən yenilənmiş bir brauzer istifadə edirsinizsə, "Digicert SSL"  sayəsində, İnternet Bankılığına girişinizdə brauzerinizin adres sətri yaşıl rəngdə görünəcəkdir. Ziraatbank.az-ın təhlükəsiz bir sayt olduğuna dair sertifikat detallarına, adres sətrinə vuraraq baxa bilərsiniz. 
Əgər saytın saxta olduğu daha öncə aşkarlanmışdırsa, adres sətri qırmızı rəngdə görünür. İstifadə etdiyimiz sertifikatlar 99,3% brauzerdə dəstəklənməkdədir.
Microsoft Internet Explorer, Google Chrome, Mozilla Firefox, Apple Safari, Opera kimi bir brauzer istifadə etməyinizi; əgər istifadə etmirsinizsə müvafiq proqram təminatı firmalarının rəsmi saytlarından brauzerlərini pulsuz olaraq yeniləmənizi tövsiyə edirik. 

Müştəri Əlaqə Mərkəzində Təhlükəsizlik

*9229 nömrəli Müştəri Əlaqə Mərkəzimizi yığdığınızda sizdən gizli söz ilə özünüzü təsdiqləməniz lazım olacaqdır.
Gizli söz sizə aid şəxsi məlumatdır. Bu baxımdan heç kimlə paylaşmamanız, digital və ya fiziki hər hansı bir ortamda qeyd etməməniz vacibdir. 
Ziraat Bank Azərbaycan tərəfindən edilən bütün zənglər bankda qeydiyyatda olan nömrələrə edilir. Bu səbəbdən bankda qeydiyyatda olan nömrəniz hər daim aktiv olmalıdır. 
Müştəri Əlaqə Mərkəzimizə edilən bütün zənglər qeydə alınmaqdadır.
İş günlərində sizə kömək etmək üçün telefonun yanında olduğumuzu bildiririk və sizə xoş günlər arzu edirik.

Kart və ATM istifadəçiləri üçün təhlükəsizlik

• ATM-dən istifadə edərkən tanımadığınız insanlardan kömək etmələrini istəməyin və kömək təkliflərini qəbul etməyin. 
• Pin kodunuz (4 rəqəmli şifrə) sizin xüsusi məlumatınızdır. Bu şifrə məxfidir və gizli saxlanılmalıdır. Şifrənin kənar şəxslər tərəfindən öyrənilməsinə dair şübhələriniz olduğu təqdirdə banka məlumat verilməsi və şifrənizin dəyişdirilməsi tövsiyyə edilir. 
• Kart pin kodunu kartınızın üzərində, pul qabında və ya çantanızda yazılı olaraq saxlamayın. 
• Kartınız haqqında məlumatları etibar etmədiyiniz saytlarda istifadə etməyin.
• Kart itirildikdə və ya oğurlandıqda kartınızı dərhal bloklaşdırın. Kartın bloklaşdırılması üsulları:
A) 24/7 Ziraat Bank Azərbaycan mobil tətbiqi vasitəsi ilə (mobil tətbiqi yükləmək üçün link: https://ziraatbank.az/app-redirect-link);
B) *9229 Müştəri xidmətimizə zəng vasitəsi ilə (İş günlərində 9:00-dan 18:00-dək); 
C) (+994 12) 194, (+994 12) 505 21 51 Azericard-a zəng  vasitəsilə (7/24).
• Pin kodunuzu təyin edərkən asan təxmin edilə biləcək şəxsi məlumatlardan istifadə etməyin. Mümkün qədər müəyyən tezliklə dəyişin.
• Sizə telefonla zəng edərək kart məlumatlarınızı , kartın üzərindəki məlumatları, kartla apardığınız əməliyyatlar zamanı mobil telefonunuza gələn  kodu oxumanızı istəyən şəxslərə etibar etməyin. Yalnız Sizin zəng vurduğunuz zaman məlumatlarınız dəqiqləşdirilmə üçün soruşulması normal sayıla bilər.
• ATM’də kartınızın saxlanılması, oğurlanması və ya itirilməsi zamanı vaxt keçmədən iş günlərində 9:00-dan 18:00-dək *9229 Müştəri Əlaqə Mərkəzimizə, qeyri-iş günlərində isə (+994 12) 194, (+994 12) 505 21 51 Azərikard-a 24/7 zəng edərək hadisəni bildirin.

Gizlilik Siyasəti

“Ziraat Bank Azərbaycan” ASC hüquqi tənzimləmələr çərçivəsində müştəri məlumatlarınızdan məxfilik və təhlükəsizliyi üst səviyyə təmin etmək haqqında zəruri tədbirlər görür və bu istiqamətdə Bankımızın saytında və İnternet Bankçılıqda  aşağıda bildirilən məqamları həyata keçirir .

“Ziraat Bank Azərbaycan” ASC bankçılıq fəaliyyətlərini həyata keçirmək və xidmətlərinin kəsintisiz olmasını təmin etmək üçün, Baş Ofis, Filiallar, ATM-lər, İnternet Bankçılıq, Müştəri Əlaqə Mərkəzi kimi kanallardan; sözlü, yazılı və ya elektronik ortam üzərindən təmin etdiyi şəxsi məlumatları, məlumat cavabdehi kimi, qanunvericiliyə uyğun şəkildə istifadə etməkdədir.  

Müştəri məlumatları yalnız məhsul və xidmət müraciətləri üçün Bankımızın internet saytında əldə edilir və Bankımızın İnternet Bankçılığı üzərindən müştəri məlumatlarını əldə etməklə  və ya mövcud qeydiyyatdan keçmiş məlumatlardan istifadə etməklə həm məhsul və xidmət müraciətləri, həm də satış əməliyyatları həyata keçirilməkdədir.
Bankımız şəxsi məlumatların məxfiliyinin və təhlükəsizliyinin qorunmasına önəm verir. Müvafiq olaraq, şəxsi məlumatlara icazəsiz daxil olmaq, zədələmək, itirmək və ya açıqlamaqdan qorumaq üçün zəruri texniki və inzibati təhlükəsizlik tədbirləri görülür. Bank digər internet saytlarına daxil olmaq üçün vebsaytda verilmiş keçidlərin təhlükəsizliyinə və məxfiliyinə görə məsuliyyət daşımır. Bu saytlara daxil olma nəticəsində baş verə biləcək maddi və ya mənəvi itkilərə görə heç bir məsuliyyət daşımayacaq. 
Məhsul və xidmətlərin satışı/tətbiqi üçün Bankın internet saytından və ya İnternet Bankçılığından tələb olunan və ya Bankımızın sistemində mövcud olan və İnternet Bankçılığı vasitəsilə baxıla bilən müştərilərin hər hansı şəxsi məlumatları müştərinin razılığı olmadan heç vaxt üçüncü şəxslərlə paylaşılmır. Müştəri məlumatları yalnız sorğu əsasında müştəri məlumatlarına daxil olmaq səlahiyyətinə malik hüquqi qurumlar və orqanlarla paylaşıla bilər.
Müştərilərimizin internet saytı və ya İnternet Bankçılığı vasitəsilə daxil etdikləri məlumatlara üçüncü şəxslərin girişi bloklanıb. Müştərilərimizin şəxsi məlumatlarının məxfiliyinin qorunması məqsədilə Bankımızın sistemi və internet infrastrukturu ən etibarlı səviyyədə saxlanılmış və lazımi ehtiyat tədbirləri görülmüşdür.
Bankımız lazım bildiyi zaman müxtəlif qurumlardan dəstək xidmətləri alır və müvafiq qurumların Bankın məxfilik standartlarına və şərtlərinə uyğun fəaliyyət göstərməsini təmin edir. Bankımız müqavilə bağladığı məlumat emalçılarının informasiya təhlükəsizliyinə ən az özü qədər önəm verməsini və ortaq məsuliyyət şüuru ilə hərəkət etmələrini təmin edir, həm də müqavilə əsasında buna zəmanət verir. Məlumat emal edənlər qanunvericilikdəki tələbə uyğun olaraq fərdi məlumatları yalnız “Ziraat Bank Azərbaycan” ASC-nin göstərişlərinə uyğun olaraq, “Ziraat Bank Azərbaycan” ASC ilə bağladığı müqavilə çərçivəsində və qanunvericiliyə uyğun olaraq emal edirlər.
Bankımızın internet səhifəsində məlumat, materiallar və onların təşkili üzrə müəllif hüquqları, “Ziraat Bank Azərbaycan” ASC-yə məxsusdur. Üçüncü şəxslərə məxsus materiallar istisna olmaqla, bankımızın internet saytındakı məlumat və materiallarla bağlı bütün müəllif hüquqları, qeydiyyatdan keçmiş ticarət nişanları, patentlər, əqli və digər mülkiyyət hüquqları Bankımız tərəfindən qorunur.
Müştərilərimizin/ziyarətçilərimizin Bankımızın internet saytına daxil olması onların yuxarıda qeyd olunan şərtləri qəbul etməsi deməkdir və Bankımız əvvəlcədən xəbərdarlıq etmədən bu hüquqi bildirişdəki şərtləri dəyişdirmək və yeniləmək hüququna malikdir.