İnformasiya Texnologiyaları departamentinə Java Developer vəzifəsinə işə dəvət

Vəzifəyə olan tələblər:

  • Ali texniki təhsil;
  • Java 11+ versiyaları ilə minimum 3-5 illik backend inkişaf təcrübəsi;
  • Spring Framework (Core, Boot, Data, Security, Cloud) üzrə dərin bilik;
  • Mikroservis arxitekturası, REST API dizaynı və event-driven systemlər barədə təcrübə;
  • SQL / PL/SQL bilikləri və Oracle, PostgreSQL və ya MS SQL Server ilə işləmə bacarığı;
  • Git, Maven/Gradle, Jenkins, Docker və CI/CD mühitlərində işləmə təcrübəsi;
  • Message brokerlər (Kafka, RabbitMQ və s.) ilə tanışlıq;
  • Unit test və integration test metodologiyaları üzrə təcrübə (JUnit, Mockito və s.);
  • Analitik düşüncə, komanda ilə işləmək bacarığı, məsuliyyət və nəticə yönümlülük.

Əsas vəzifələr: 

  • Bankın daxili sistemləri, inteqrasiyalar və mikroservis əsaslı tətbiqlərin backend hissəsinin hazırlanması və dəstəklənməsi;
  • Yeni biznes tələblərinə əsasən RESTful API-lərin dizaynı, implementasiyası və optimizasiyası;
  • Mövcud kod bazasının saxlanılması, refaktoru və performansın artırılması;
  • İnfrastruktur və DevOps komandaları ilə sıx əməkdaşlıq (CI/CD, konteynerizasiya, versiyalama və deployment proseslərində iştirak);
  • Yüksək yüklənməyə malik sistemlərdə təhlükəsizlik və dayanıqlılıq tələblərinin təmin edilməsi;
  • Kod resenziyalarında (code review) iştirak və junior developerlərə texniki mentorluq.

Üstünlük veriləcək namizədlər: 

  • Bank və ya fintech layihələrində iştirak etmiş developerlərə;
  • Kubernetes, Keycloak, Redis, Elasticsearch, OpenShift texnologiyalarını bilənlərə;
  • Agile / Scrum mühitində işləmə təcrübəsinə malik olanlara.

 

Göstərilən tələblərə cavab verən namizədlər 30 Noyabra qədər öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Java developer” qeyd edilməsi vacibdir.


İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.