İnformasiya Texnologiyaları departamentinə İT Analitik (Core Banking/ Colvir sistemi üzrə) vəzifəsinə işə

Vəzifəyə olan tələblər:

  • Ali texniki və ya iqtisadi təhsil;
  • Bank sistemləri, xüsusilə Colvir Core Banking modulları (Accounts, Loans, Deposits, Payments və s.) üzrə ən azı 1 illik iş təcrübəsi arzuolunandır;
  • AZİPS, XÖNKS, SWIFT ödəniş axınları və kart müxabirləşmə (card reconciliation) prosesləri üzrə bilik;
  • SQL bilikləri və Oracle Database ilə işləmə bacarığı;
  • Analitik düşüncə tərzi, məsuliyyət və problemləri sistematik şəkildə həll etmək bacarığı;
  • Komanda ilə işləmək, kommunikasiya və sənədləşdirmə bacarığı;
  • Rus dilində mükəmməl, Azərbaycan dilində sərbəst, ingilis dilində orta səviyyədə bilik (rus dili biliyi mütləqdir).

Əsas vəzifələr: 

  • Core Banking (Colvir) sistemi üzrə biznes tələblərin toplanması, analizi və texniki sənədləşdirilməsi;
  • Yeni funksionallıqların, dəyişikliklərin və düzəlişlərin test və implementasiya mərhələsində iştirak;
  • Bankın digər daxili və xarici sistemləri ilə (AZİPS, XÖNKS, SWIFT, Kart prosessinq və müxabirləşmə sistemləri) inteqrasiyaların koordinasiyası və nəzarəti;
  • İstifadəçilərdən daxil olan tələblərin analizi, problem kök səbəbinin müəyyənləşdirilməsi və həlli istiqamətində işlərin təşkili;
  • Vendor (Colvir Software Solutions) və daxili komandalarla (Xəzinədarlıq, Ödəniş sistemləri, Kart əməliyyatları və s.) sıx əməkdaşlıq;
  • İstifadəçilərə Core Banking modulları üzrə metodiki və texniki dəstək göstərilməsi.

Üstünlük veriləcək namizədlər: 

  • Colvir platformasında praktiki təcrübəyə malik olanlara;
  • Bank əməliyyatları, ödəniş sistemləri və maliyyə mühasibatlığı prinsiplərini bilənlərə;
  • Test, Change Management və Incident Management prosesləri ilə tanış olanlara.

 

Göstərilən tələblərə cavab verən namizədlər 30 Noyabra qədər öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “İT Analitik (Core Banking)” qeyd edilməsi vacibdir.


İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.