Ziraat Bank Azərbaycanda beynəlxalq köçürmələri izləmə imkanı!

Müştəri məmnuniyyətini ön planda saxlayaraq beynəlxalq bankçılıq xidmətlərini qlobal standartlara uyğunlaşdırmaq və innovativ həllərlə zənginləşdirmək istiqamətində fəaliyyətimizi davam etdiririk.
Bankımız bu dəfə müştərilərinə beynəlxalq pul köçürmələrini daha rahat şəkildə izləmək imkanı verən yeni funksiyanı istifadəyə təqdim edib. Belə ki, (SWIFT) GPI sistemini tətbiq etməklə, müştərilərimizə İnternet Bankçılıq xidməti vasitəsilə öz köçürmələrimizi izləmək imkanı yaratdıq.
Artıq müştərilərimiz İnternet Bankçılıq xidməti üzərindən SWIFT GPI izləmə funksiyası ilə göndərilən vəsaitin hansı mərhələdə olduğunu real vaxt rejimində izləyə biləcəklər. Bu yenilik sayəsində onlar köçürmələrin icra olunma mərhələlərini addım-addım görəcək, əlavə müddət itirmədən əməliyyatın gedişatı barədə ətraflı məlumat və SWIFT mesajını əldə edə biləcəklər.
Qeyd edək ki, bu xidməti müştərilərimizə ödənişsiz təqdim edirik.

Bankın məhsul, xidmət və təklifləri haqqında ətraflı məlumatı həmçinin Instagram, X, Linkedin sosial media kanalları və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.