Ziraat Bank Azərbaycan müştəriləri üçün “ƏDV Geri Al” funksiyasını istifadəyə verdi

Bankımızın Mobil Bankçılığı vasitəsilə "ƏDV Geri Al" funksiyası istifadəyə verildi.
Bu yenilik sayəsində müştərilərimiz Əlavə Dəyər Vergisinin (ƏDV) geri alınması ilə bağlı əməliyyatlarını birbaşa Bankın mobil tətbiqi üzərindən, rahat və sürətli şəkildə həyata keçirə biləcəklər.
"ƏDV Geri Al" funksiyasının istifadəyə verilməsi müştəri yönümlü xidmət konsepsiyamızın davamı kimi qiymətləndirilir.
Həmçinin qeyd etmək istərdik ki, Bankmızın yaxın zaman öncə rəqəmsal transformasiya istiqamətində attığı addımla Mobil Bankçılığının Android və İOS istifadəçiləri üçün yeniləndiyini bildirmişdi. Yenilənmiş tətbiq müasir dizaynı, daha yüksək sürəti və funksional imkanları ilə seçilərək müştərilərə daha rahat istifadə təcrübəsini təqdim edib.
Yeni Mobil Bankçılıq ilə müştərilərimiz banka getmədən, 7/24 onlayn olaraq öz hesablarına nəzarət edə, pul köçürmələrini rahatlıqla icra edə, kredit, kommunal ödənişlərini və digər bank əməliyyatlarını asanlıqla yerinə yetirə bilərlər.
Tətbiqi yükləmək üçün mobil telefondan növbəti linkə keçid edərək istifadə edə bilərsiniz: https://ziraatbank.az/app-redirect-link

Bankın məhsul, xidmət və təklifləri haqqında ətraflı məlumatı həmçinin Instagram, X, Linkedin sosial media kanalları və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.