Müştərilərimizə premium üstünlüklər və daha rahat bankçılıq təcrübəsi təqdim edən yeni Bankkart Prestij kartını istifadəyə verdik. Mastercard Black Edition statusuna malik olan bu kart, sahiblərinə həm gündəlik maliyyə əməliyyatlarında rahatlıq, həm də səyahətlər zamanı yüksək səviyyəli komfort və eksklüziv imtiyazlar qazandırır.
Bankkart Prestij geniş üstünlüklər paketi ilə premium həyat tərzini dəyərləndirən müştərilər üçün ideal bank kartıdır.
Yeni Bankkart Prestij ilə müştərilərimizə həm kredit, həm də debet kart funksionallığını bir kartda birləşdirərək maksimum rahatlıq yaratdıq. Kartdan həm ölkə daxilində, həm də xaricdə sürətli və təhlükəsiz ödənişlər etmək mümkündür.
Bankkart Prestij kredit kartı barədə ətraflı məlumat : https://ziraatbank.az/az/bankkart-prestij-credit
Bankın məhsul, xidmət və təklifləri haqqında ətraflı məlumatı həmçinin Instagram, X, Linkedin sosial media kanalları və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.