Ziraat Bank Azərbaycan 2025-ci ilin 3-cü rübündə də uğurlu maliyyə artımı dinamikasını davam etdirdi

Bankımız 2025-ci ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqladı.
2024-cü ilin eyni dövrü ilə müqayisədə depozit portfelimiz müsbət dinamika ilə 60% artaraq  986 milyon manatı keçib. Hüquqi şəxslərin müddətli depozitləri isə 142 milyon manatı ötüb.
Kredit portfelimiz də 64% artaraq 728 milyon manatı keçib. Qeyd olunmuş göstəricinin 671 milyon manatı biznes kreditlərinin payına düşür. Bu nəticə Bankımızın real sektora yönəlik kreditləşməni prioritet tutmasının bariz nümunəsidir.
Bankımızın əməliyyat səmərəliliyinin artması ilə xalis əməliyyat mənfəəti 25% artaraq 29 milyon manatı keçib.
Xalis faiz gəliri isə 18% artaraq 31 milyon manatı ötüb. 
Ümumilikdə, Bankımızın xalis mənfəəti 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 63% artaraq 18 milyon 363 min manata çatıb. Cəmi aktivlərimiz isə 1 milyard 234 milyon manata yüksəlib, bu da 53% artım deməkdir.

Bankın məhsul, xidmət və təklifləri haqqında ətraflı məlumatı həmçinin Instagram, X, Linkedin sosial media kanalları və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.