Ziraat Bank Azərbaycan 2025-ci ili uğurlu maliyyə göstəriciləri ilə başa vurub

Bankımız 2025-ci ilin dördüncü rübü üzrə maliyyə nəticələrini açıqladı.
2024-cü il sonu ilə müqayisədə bankımızın cəmi aktivləri 48.5% artaraq 1 milyard 368 milyon manata çatıb. 
Kredit portfelimiz isə 44.8% artaraq 767 millyona yüksəlib. Kredit portfelinin 695 milyon manatı biznes kreditlərinin payına düşür, bu portfeldə artım 39.5% təşkil etmişdir. 
Depozit portfelimiz keçən ilin müvafiq dövrü ilə müqayisədə 51.6% artaraq 1 milyard 97 milyon manatı keçib ki, bu da müştərilərimizin bankımıza olan etimadının möhkəmləndiyini göstərir.
Hüquqi şəxslərin müddətli depozitləri isə 2024-cü il sonu ilə müqayisədə 51.7% artaraq 178 milyonu ötüb. 
Əməliyyat fəaliyyətimizin səmərəliliyinin artması nəticəsində xalis mənfəət 60.3% yüksələrək 23 milyon manatı ötüb. Həmçinin, son ildə xalis əməliyyat mənfəəti 36.4% artaraq 44 milyon manatı keçib. Cəmi kapital isə 20.3% artaraq 161 milyon manata çatıb.

Bankın məhsul, xidmət və təklifləri haqqında ətraflı məlumatı həmçinin Instagram, X, Linkedin sosial media kanalları və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

Yenilənmə tarixi: 19.01.2026