Təhlükəsizliyiniz üçün Təqdim Etdiklərimiz
Bankımızın təqdim etdiyi İnternet Bankçılığına daxil olmaq üçün müəyyən təhlükəsizlik addımlarından keçilərək istifadəçi sistem tərəfindən yoxlanılır.
Fiziki şəxslər ilk addımda müştəri nömrələrini və şifrələrini daxil edərək sonrakı addımda istəklərinə görə Ziraat Mobil təsdiq bildirişi və ya SMS şifrələrini istifadə edərək identifikasiyadan keçə bilərlər. Ziraat Mobil təsdiq bildirişində və ya SMS şifrəsini istifadə etdiyi addımda ekranda mütləq Ad-Soyad məlumatını, daha öncə qeyd edilmiş təhlükəsizlik mesajını və təhlükəsizlik şəklini görəcəklər. Bunlar müştərilərimizin həqiqətən Ziraat Bank Azərbaycan İnternet Bankçılığı səhifəsində olduqlarından əmin olmalarını təmin edən təhlükəsizlik ünsürləridir.
Korporativ müştərilərimiz isə ilk addımda korporativ müştəri nömrələrini (alt istifadəçilər isə fiziki şəxs müştəri nömrələrini) və şifrələrini daxil edərək; sonrakı addımda istəklərinə görə Ziraat Mobil təsdiq bildirişini və ya SMS şifrələrini istifadə edərək identifikasiyadan keçə bilərlər. Ziraat Mobil təsdiq bildirişində və ya SMS şifrəsini istifadə etdiyi addımda ekranda mütləq Ad-Soyad məlumatını, daha öncə qeyd edilmiş təhlükəsizlik mesajını və təhlükəsizlik şəklini görəcəklər. Brauzerin adres yerinə " https://ziraatbank.az/az " yazaraq əlaqə yaradılmalıdır, İnternet Bankçılıq adresinin " https://online.ziraatbank.az/WebApplication.UI/Default.aspx?CustomerType=Retail " və ya "https://online.ziraatbank.az/WebApplication.UI/Default.aspx?CustomerType=Corporate " olduğundan əmin olmaq lazımdır.
İnternet Bankçılıqda olduğunuz müddətdə 10 dəqiqə ərzində iş görmədiyiniz təqdirdə, xəbərdarlıq pəncərəsi çıxacaq və işə davam edib-edilməyəcəyi soruşulacaq. 30 saniyə içində bu pəncərədə hər hansı bir cavab seçmədiyiniz halda və ya “Çıxış” seçsəniz mövcud sessiyanız bağlanacaqdır. İşə davam etməyi seçsəniz, qaldığınız yerdən işə davam edəcəksiniz.