Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi

Bankımız rəqəmsal bankçılıq xidmətlərinin inkişafı istiqamətində növbəti addımını ataraq mobil tətbiqində QR-kod vasitəsilə ödəniş funksiyasını müştərilərinin istifadəsinə təqdim edib.
Yeni xidmət AniPay sistemi çərçivəsində həyata keçirilir və fiziki şəxs müştərilərə POS-terminallar vasitəsilə daha sürətli, rahat və təhlükəsiz şəkildə nağdsız ödəniş etməyə imkan yaradır.
QR-kodla ödəniş prosesi sadə mexanizm üzərində qurulub. Alış-veriş zamanı müştəri ödənişi QR-kod vasitəsilə həyata keçirmək istədiyini bildirir. Satış nöqtəsində POS-terminalda ödəniş məbləği daxil edilərək "QR ödəniş" funksiyası seçilir və formalaşdırılmış QR-kod təqdim olunur. Müştərimiz mobil tətbiqində müvafiq bölməyə daxil olaraq QR-kodu skan edir, ödəniş məlumatlarını yoxlayır və cari hesabını, debet və ya kredit kartını seçməklə əməliyyatı təsdiqləyir. Ödəniş kecdikden sonra əməliyyat POS-terminal vasitəsilə təsdiqlənir və müştəriyə qəbz təqdim olunur.
Bu yenilik nağdsız ödənişlərin genişləndirilməsinə, gündəlik maliyyə əməliyyatlarının daha çevik həyata keçirilməsinə və müştəri məmnuniyyətinin artırılmasına xidmət edir. 

Bankın məhsul, xidmət və təklifləri haqqında ətraflı məlumatı həmçinin Instagram, X, Linkedin sosial media kanalları və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

27.01.2026