İnvestisiya Üçün Yeni İmkan!

Ziraat Bank Azərbaycan istiqrazları investorlara təqdim olunur

Ziraat Bank Azərbaycan 15 milyon AZN həcmində istiqraz emissiyasını investorlara təqdim edir. İllik 10.5% gəlirlilik təqdim edən istiqrazlar investorlara sabit gəlir əldə etmək imkanı yaradır.

Bu emissiya investorlara etibarlı investisiya imkanı yaratmaqla yanaşı, bizneslərin maliyyələşdirilməsinə, sahibkarlığın dəstəklənməsinə və ölkənin kapital bazarının inkişafına töhfə verir.

İstiqrazın əsas şərtləri:
Emissiya həcmi – 15 000 000 AZN
Minimum investisiya məbləği – 100 AZN
Bir istiqrazın dəyəri – 100 AZN
Müddət – 1 il
İllik gəlirlilik – 10.5%
Kupon (faiz) ödənişi – rübdə bir dəfə

İstiqrazlar Paşa Kapital İnvestisiya Şirkəti və Birbank İnvest mobil tətbiqi vasitəsilə təqdim olunur. 

İstiqrazları necə əldə etmək olar?

PAŞA Kapital vasitəsilə:
-    1548 Çağrı Mərkəzinə zəng edərək;
-    pashacapital.az saytı üzərindən sifariş verərək
-    və ya PAŞA Kapitalın ofisinə müraciət edərək

Birbank İnvest vasitəsilə: 
-    Birbank İnvest tətbiqindən qeydiyyatdan keçərək

İstiqrazlar investorlara vəsaitlərini etibarlı maliyyə alətinə yönləndirmək, 1 il ərzində 10.5% illik gəlirlilik əldə etmək və hər rüb kupon (faiz) ödənişi almaq imkanı təqdim edir. Elə indi istiqrazları əldə etməyə tələsin!

Abunə yazılışı müddəti: 10.08.2026-21.08.2026 

10.08.2026