Forumun açılış panelində Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri və Bankımızın səhmdarı olan T.C. Ziraat Bankasının İdarə Heyətinin sədri Alpaslan Çakar çıxış edərək dünya iqtisadiyyatının mövcud vəziyyəti, süni intellektin bankçılıq sektoruna təsiri, rəqəmsal bankçılıq sistemində sürətlə gedən transformasiya və qlobal risklərin idarə olunması barədə danışaraq, dayanıqlılıq və innovasiyanın bank sektorunun gələcək strategiyalarında əsas istiqamətlərdən biri olduğunu vurğulayıb.
Tədbir Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi, "Mastercard" beynəlxalq ödəniş sisteminin qlobal tərəfdaşlığı ilə keçirilib.
Forum çərçivəsində səsləndirilən fikirlər bank sektorunda innovasiya, rəqəmsal həllər, data əsaslı idarəetmə və süni intellekt texnologiyalarının gələcək strategiyalar üçün nə qədər kritik olduğunu bir daha təsdiqlədi.
Qeyd edək ki, Bankımız ölkəmizdə təşkil olunan bu nüfuzlu maliyyə və bankçılıq tədbirində fəal iştirakı və tərəfdaşlıq dəstəyinə görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir.
Bankın məhsul, xidmət və təklifləri haqqında ətraflı məlumatı həmçinin Instagram, X, Linkedin sosial media kanalları və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.