Bankın korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Hədəf Liseyinin 9, 10 və 11-ci sinif şagirdləri baş ofisimizə dəvət olunub və burada fəaliyyət göstərən departamentlərin iş prinsipləri ilə əyani şəkildə tanış oldular.
Departamentlərlə tanışlıqdan sonra şagirdlərə depozit və kredit anlayışları, onların hesablanma mexanizmləri, nağdsız ödənişlərin növləri və təhlükəsizlik prinsipləri, eləcə də POS terminallarının işləmə qaydası barədə ətraflı məlumat verildi. Şagirdlərə həmçinin mobil bankçılığın iş prinsipləri nümayiş etdirilib və izah olunub. Layihə çərçivəsində 20-dən çox şagird bank əməliyyatlarını praktiki şəkildə yerindəcə izləyərək maliyyə qərarlarının verilməsində əsas prinsipləri öyrənib.
Bankın məhsul, xidmət və təklifləri haqqında ətraflı məlumatı həmçinin Instagram, X, Linkedin sosial media kanalları və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.