İnformasiya Texnologiyaları departamentinə İT Biznes Analitik (İnternet və Mobil Bankçılıq üzrə) vəzifəsinə işə dəvət

Vəzifəyə olan tələblər:

  • Ali texniki və ya iqtisadi təhsil;
  • Bank və ya fintech sahəsində ən azı 3 illik iş təcrübəsi;
  • İnternet və Mobil Bankçılıq sistemləri üzrə bilik və praktiki təcrübə;
  • API inteqrasiyaları, ödəniş axınları və təhlükəsizlik prinsipləri barədə anlayış;
  • Analitik düşüncə, sistemli yanaşma və detallara diqqət.

Əsas vəzifələr: 

  • İnternet və Mobil Bankçılıq platformaları üzrə biznes tələblərin toplanması, analizi və texniki sənədləşdirilməsi;
  • Yeni funksionallıqların hazırlanması və tətbiqi prosesində iştirak (analiz, test və implementasiya mərhələləri);
  • İstifadəçi təcrübəsinin (UX/UI) və əməliyyat axınlarının optimallaşdırılması istiqamətində təkliflərin hazırlanması;
  • İnteqrasiya olunan sistemlər (ödəmə sistemləri, kart xidmətləri, eGov, SİMA KYC, Open Banking, EDV və s.) üzrə əlaqələndirmənin təmin edilməsi;
  • Test ssenarilərinin hazırlanması və funksional yoxlamalarda iştirak;
  • Vendorlarla əməkdaşlıq;
  • Layihələrin icra vəziyyəti ilə bağlı hesabatların və texniki sənədlərin hazırlanması.

Texniki biliklər: 

  • API və Web Service (REST, SOAP) prinsipləri ilə işləmə bacarığı;
  • SQL və PL/SQL üzrə sorğularla işləmək bacarığı (məlumatların yoxlanması və analiz üçün);
  • Postman, Swagger, SoapUI kimi API test alətlərində təcrübə;
  • Jira, Confluence və ya oxşar layihə idarəetmə alətləri ilə işləmə bacarığı;
  • Figma və ya Balsamiq kimi UX/UI maket alətləri ilə tanışlıq;
  • JSON, XML, CSV məlumat strukturları ilə işləmə bacarığı;
  • Test ssenarilərinin hazırlanması və UAT mərhələsində iştirak təcrübəsi;
  • Mobil platformaların (iOS, Android) və Web arxitekturanın əsas prinsipləri haqqında anlayış.

 

Göstərilən tələblərə cavab verən namizədlər 30 Noyabra qədər öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Biznes Analik (İB)” qeyd edilməsi vacibdir.


İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.