Dəstək Xidmətləri Departamentinin Əmlakın Qiymətləndirilməsi üzrə Ekspert

Vəzifəyə olan tələblər:

  • Maliyyə, iqtisadiyyat, memarlıq, mühəndislik və ya əlaqədar sahələr üzrə ali təhsil;
  • Daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində minimum 5 il iş təcrübəsi (bank və ya qiymətləndirmə şirkətində təcrübə üstünlükdür);
  • Daşınmaz əmlakın qiymətləndirilməsində istifadə olunan müqayisəli, gəlir və xərclər yanaşmaları üzrə biliklər;
  • Tənzimləyici qurumların tələbləri və beynəlxalq qiymətləndirmə standartları haqqında biliklərə üstünlük verilir;
  • Bazar məlumatlarını təhlil etmək və ekspert rəyləri hazırlamaq bacarığı;
  • Qiymətləndirmə hesabatlarında mövcud olan uyğunsuzluqları və səhvləri aşkar etmək bacarığı;
  • Obyektlərə yerində baxış məqsədilə ezamiyyətlərə hazır olmaq.

Əsas vəzifələr:

  • Banka təqdim edilən qiymətləndirmə şirkətlərinin daşınmaz əmlak üzrə qiymətləndirmə hesabatlarının düzgünlüyünü, tamlığını və bankın daxili standartlarına uyğunluğunu yoxlamaq;
  • Girov qismində təqdim olunan əmlakların bazar və likvid dəyərinin müstəqil təhlilini aparmaq, təminatların satış qabiliyyətini qiymətləndirmək;
  • Obyektlərin faktiki vəziyyətini, texniki parametrlərini və hesabatlarda əks olunan məlumatlara uyğunluğunu yoxlamaq məqsədilə yerində baxışlar həyata keçirmək;
  • Hər bir qiymətləndirmə hesabatı üzrə aşkar edilmiş uyğunsuzluqlar, bazar və likvid dəyərlərlə bağlı ekspert rəyləri və tövsiyələr hazırlamaq;
  • Bankın əməkdaşlıq etdiyi qiymətləndirmə şirkətləri ilə əməkdaşlıq etmək, zəruri hallarda izahatların, düzəlişlərin və əlavə materialların təqdim olunmasını tələb etmək;
  • Daşınmaz əmlak bazarındakı dəyişiklikləri davamlı olaraq monitorinq etmək və daxili məlumat bazasının yenilənməsini təmin etmək;
  • Kredit təminatı üzrə qərarların qəbul edilməsi prosesində kredit analizi və risk-menecment şöbələri ilə sıx əməkdaşlıq etmək;
  • Girovların qiymətləndirilməsi üzrə bankın daxili siyasət və prosedurlarına riayət olunmasını təmin etmək;
  • Qiymətləndirmə metodologiyalarının və daxili nəzarət mexanizmlərinin hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
  • Zərurət yarandıqda, girov qiymətləndirilməsi ilə bağlı audit və yoxlama proseslərində iştirak etmək.

 

Göstərilən tələblərə cavab verən namizədlər Yanvar ayının 30-na qədər öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Əmlakın Qiymətləndirilməsi üzrə Ekspert” qeyd edilməsi vacibdir.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.