İnformasiya Texnologiyaları departamentinə PL/SQL developer (Hesabatlar üzrə) vəzifəsinə işə dəvət

Vəzifəyə olan tələblər:

  • Ali texniki və ya informasiya texnologiyaları təhsili;
  • PL/SQL proqramlaşdırma dili üzrə minimum 3 illik praktiki təcrübə;
  • Oracle Database strukturu və performans optimizasiyası üzrə dərin biliklər;
  • Trigger, cursor, package, view, function və scheduler obyektləri ilə işləmə təcrübəsi;
  • PostgreSQL və MS SQL üzrə biliklərin olması arzuolunandır;
  • Bank hesabatları və maliyyə göstəriciləri üzrə anlayış;
  • Analitik düşüncə, məsuliyyət və operativlik.

Əsas vəzifələr: 

  • Bankın daxili hesabat sistemləri üçün PL/SQL prosedur, paket, view və funksiyaların hazırlanması;
  • Mövcud hesabatların optimallaşdırılması və performansın artırılması;
  • Yeni biznes tələblərə əsasən avtomatlaşdırılmış hesabatların hazırlanması və inteqrasiya edilməsi;
  • Core Banking (Colvir) və digər sistemlərdən məlumatların analizi, transformasiyası və hesabat strukturuna uyğunlaşdırılması;
  • Oracle Database üzərində data modelləşdirmə, join və query optimizasiyası;
  • Hesabat tələblərinin analizi və istifadəçi bölmələri ilə qarşılıqlı əlaqənin təmin olunması.

Üstünlük veriləcək namizədlər: 

  • Colvir Core Banking sistemi və verilənlər bazası strukturu ilə tanış olanlara;
  • BI və hesabat alətləri (Power BI, Oracle Reports, Crystal Reports və s.) ilə işləmə təcrübəsinə malik olanlara;
  • Bankda və ya maliyyə institutunda hesabat inkişafı sahəsində işləyənlərə.

 

Göstərilən tələblərə cavab verən namizədlər 30 Noyabra qədər öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “PL/SQL developer” qeyd edilməsi vacibdir.


İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.