İnformasiya Texnologiyaları departamentinə Baş Sistem inzibatçısı vəzifəsinə işə dəvət

Vəzifəyə olan tələblər:

  • Sistem inzibatçılığı sahəsində minimum 5 il iş təcrübəsi
  • Linux (RHEL/CentOS/Ubuntu) və Windows Server mühitlərində dərin bilik
  • Virtualizasiya texnologiyaları üzrə təcrübə (VMware vSphere / ESXi, Hyper-V)
  • Server, storage və backup sistemləri ilə iş təcrübəsi
  • Active Directory, GPO, DNS, DHCP üzrə praktik biliklər
  • Sistemlərin monitorinqi, performans optimizasiyası və troubleshooting bacarığı
  • Yüksək əlçatanlıq (HA), Failover, Disaster Recovery (DR) həlləri ilə iş təcrübəsi

Şəbəkə və təhlükəsizlik:

  • TCP/IP, VLAN, VPN, Firewall məntiqinin yaxşı anlaşılması
  • Sistem təhlükəsizliyi, access management və loglama prinsipləri üzrə bilik
  • Bank və ya korporativ mühitlərdə təhlükəsizlik standartları ilə işləmə təcrübəsi üstünlükdür

Avtomatlaşdırma və əlavə biliklər (üstünlükdür):

  • Bash / PowerShell skriptləmə bilikləri
  • Konteyner texnologiyaları (Docker, Kubernetes) ilə tanışlıq
  • CI/CD, DevOps yanaşmaları haqqında anlayış
  • Monitoring alətləri (Zabbix, Prometheus, Grafana və s.)

Şəxsi bacarıqlar:

  • Analitik düşüncə və problem həll etmə bacarığı
  • Yüksək məsuliyyət hissi və operativ qərarvermə qabiliyyəti
  • Komanda ilə effektiv ünsiyyət və koordinasiya
  • Stressə davamlılıq və kritik sistemlərlə işləmə təcrübəsi

 

Göstərilən tələblərə cavab verən namizədlər 28 Fevrala qədər öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Baş Sistem inzibatçısı” qeyd edilməsi vacibdir.


İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

06.02.2026