Vəzifəyə olan tələblər:
- Ali təhsil (Marketinq, jurnalistika, iqtisadiyyat və ya əlaqəli sahə üzrə
bakalavr dərəcəsi ); - Bank sektorunda Reklam və PR sahəsində minimum 3 il iş təcrübəsi;
- Analitik problemləri təhlil və həll etmək qabiliyyəti;
- Bazarın öyrənilməsi, təhlili, rəqiblərin mövqelərinin izlənməsi;
- Azərbaycan dili (yüksək qrammatik yazı və redaktəetmə qabiliyyəti), Türk dili, İngilis dili (Rus dili arzu olunandır);
- Kreativ ideya və yaradıcı qabiliyəti;
- Kollektivlə işləmə bacarığı;
- Ünsiyyət və təqdimat bacarığı;
- Stresə davamlılıq;
- MS Office proqramları (yüksək səviyyədə).
Əsas vəzifələr:
- Marketinq trendlərin izlənməsi və onların tətbiqi ilə əlaqədar təkliflər hazırlamaq, məhsullar və xidmətlər üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak etmək;
- Marketinq və Korporativ Kommunikasiya Departamentinin büdcə hazırlanmasında iştirak;
- KİV ilə əməkdaşlıq və münasibətlərin idarə olunması;
- KİV-də təşkilat haqqında yayımlanan məlumatların monitorinqinin həyata keçirilməsi;
- Kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, ictimai nəqliyyat vasitələrində, müxtəlif sərgilərdə və digər kanallarda reklam tədbirləri üzrə strategiyanın hazırlanması və korporativ qaydalara uyğun olaraq həyata keçirilməsi;
- Bankın cari məhsulları ilə bağlı reklam planlarının həyata keçirilməsi;
- Bankın mövcud marketinq kampaniyalarının effektivliyinin yoxlanılması;
- Korporativ sosial məsuliyyət layihələri çərçivəsində təkliflərin hazırlanması və aparılması;
- PR strategiyasının yaradılması və həyata keçirilməsi;
- Aylıq SMM və PR planının hazırlanması və aparılması;
- SEO və Digital marketinq işlərinin aparılmasında iştirak;
- Press-relizlərin hazırlanması və yayımlanması;
- Bankdaxili müxtəlif növ tədbirlərin hazırlanması və idarə edilməsi;
- Filiallarda reklam işlərinin idarə edilməsi;
- Şirkətin rəsmi veb saytının idarə edilməsi;
- Reklam kanallarının effektivliyinin izlənilməsi
Göstərilən tələblərə cavab verən namizədlər 31 Marta qədər öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Reklam və Korporativ Kommunikasiya” qeyd edilməsi vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
05.03.2026