Vəzifəyə olan tələblər:
Ali təhsil (Marketinq, jurnalistika, iqtisadiyyat və ya əlaqəli sahə üzrə
bakalavr dərəcəsi )
Bank sektorunda Reklam və PR sahəsində minimum 5 il iş təcrübəsi
Analitik problemləri təhlil və həll etmək qabiliyyəti;
Bazarın öyrənilməsi, təhlili, rəqiblərin mövqelərinin izlənməsi;
Azərbaycan dili (yüksək qrammatik yazı və redaktəetmə qabiliyyəti), Türk dili, İngilis dili (Rus dili arzu olunandır);
Kreativ ideya və yaradıcı qabiliyəti;
Kollektivlə işləmə bacarığı;
Ünsiyyət və təqdimat bacarığı;
Stresə davamlılıq;
MS Office proqramları (yüksək səviyyədə).
Əsas vəzifələr:
Marketinq trendlərin izlənməsi və onların tətbiqi ilə əlaqədar təkliflər hazırlamaq, məhsullar və xidmətlər üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak etmək;
Marketinq və Korporativ Əlaqələr Departamentinin büdcə hazırlanmasında iştirak;
KİV ilə əməkdaşlıq və münasibətlərin idarə olunması;
KİV-də təşkilat haqqında yayımlanan məlumatların monitorinqini;
Kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, ictimai nəqliyyat vasitələrində, müxtəlif sərgilərdə və digər kanallarda reklam tədbirləri üzrə strategiyasının hazırlanması və korporativ qaydalara uyğun olaraq həyata keçirilməsi;
Bankın cari məhsulları ilə bağlı reklam planlarının razılaşdırılması və həyata keçirilməsi;
Bankın mövcud marketinq kampaniyalarının effektivliyinin yoxlanılması;
Korporativ sosial məsuliyyət layihələri çərçivəsində təkliflərin hazırlanması və aparılması;
PR strategiyasının yaradılması və həyata keçirilməsi;
Aylıq SMM və PR planının hazırlanması və aparılması;
SEO və Digital işlərinin aparılmasında iştirak;
Press-relizlərin hazırlanması və yayımlanması;
Bankdaxili müxtəlif növ tədbirlərin hazırlanması və idarə edilməsi;
Filiallarda reklam işlərinin idarə edilməsi;
Şirkətin rəsmi veb saytının idarə edilməsi;
Reklam kanallarının effektivliyinin izlənilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər Oktyabr ayının 31-nə qədər öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Reklam və Korporativ Əlaqələr” qeyd edilməsi vacibdir.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.