İnformasiya Texnologiyaları departamenti İnternet Bankçılıq üzrə Biznes analitik vəzifəsinə işə dəvət

Vəzifəyə olan tələblər:

  • İnformasiya Texnologiyaları və ya oxşar ixtisas üzrə bakalavr dərəcəsində ali təhsil;
  • Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
  • Bank sektorunda minimum 3 il iş təcrübəsi;
  • IT analitik, Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi;
  • Komandada işləmək, individual qərarlar ala bilmək və stress altında işləyə bilmək bacarığı;
  • Biznesin tələblərini anlamaq;
  • Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq;
  • Proqram təminatının təmin olunması prosesi haqqında biliklər;
  • SQL proqramlaşdırma dili üzrə biliklər;
  • Funksional spesifikasiyanın yazılması və yaradılması;
  • Problem həll etmə bacarığı və analitik təfəkkür.

Əsas vəzifələr: 

  • Texniki tapşırıqların IT və digər əməkdaşlar ilə müzakirə edilməsi;
  • Tələblərin izlənilməsi;
  • Digər departamentin əməkdaşları üçün ilkin testlərin aparılması;
  • İnternet Bankçılıqda yeniliklərin tətbiq olunması;
  • Biznes tələblərinə görə hesabatların hazırlanması;
  • Yeni funksionallığın test olunması və tətbiq olunması;
  • Daxili bank sistemində lazımi konfiqurasiyaların aparılması.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını oktyabr ayının 30-dək cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Biznes analitik” qeyd etməyiniz vacibdir.