Akkreditiv

İdxal və İxrac Əməliyyatlarınız, Akkreditivli Ödəniş üsulu ilə Ziraat Zəmanətində!

Akkreditiv-xarici ticarət əməliyyatları üzrə ümumi qəbul olunmuş ödəniş üsuludur və dünyanın bir çox ölkələrində mövcud olan daha çevik və təhlükəsiz hesablaşma formasıdır. Hesablaşmanın bu forması həm mal və ya xidmət satıcısının, həm də alıcının maraqlarını yüksək dərəcədə qoruyur. Satıcı tərəfindən göndərilən malın Alıcının mülkiyyətinə keçməsi və digər tələb olunan şərtlərin yerinə yetirilməsi haqqında sənəd təqdim edildikdə Bank (emitent) ödənişin Satıcının hesabına həyata keçirilməsini təmin edir.

 

Alıcı üçün akkreditivin üstünlükləri:

- Pul vəsaitlərinin itirilməsi riskinin aradan qalxması

- Satıcı müqavilə üzrə öhdəlikləri yerinə yetirdikdən sonra ödənişlərin həyata keçirilməsi

- Göndərilən malın akkreditivdə nəzərdə tutulan müddətdə və digər şərtlərə uyğun qaydada Alıcının mülkiyyətinə keçməsinə

 

Satıcı üçün akkreditivin üstünlükləri:

- Alıcıdan asılı olmayaraq ödənişin həyata keçirilməsinə zəmanət (müqavilədə qeyd olunan öhdəliklər tam yerinə yetirildikdə)

- Malın Alıcıya təhvil verilməsindən əvvəl ödənişin həyata keçirilməsi imkanı

- Mürəkkəb kommersiya müqavilələrinin həyata keçirilməsi imkanı

 

Qeyd edək ki, Beynəlxalq işgüzar  “Global Finance" jurnalının əsaslı seçim prosesinin nəticəsinə əsasən, Ziraat Bank Azərbaycan 2022 -2023-cü illərdə “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank" mükafatının qalibi elan edilmişdir. Bu haqda məlumat jurnalın rəsmi saytında açıqlanıb. 

 

Əlavə suallarınız yarandığı təqdirdə (012) 505 56 16 müştəri əlaqə mərkəzimiz və ya callcenter@ziraatbank.az elektron poçtu vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.