İstehlak Krediti

Ziraat Bank Azərbaycan ilə ehtiyaclarınız üçün sərfəli istehlak kreditlərindən faydalanın!

Bankımızın AZN və xarici valyutada təqdim etdiyi İstehlak Krediti məhsulu ilə təlabatlarınızı təxirə salmayın. Sərfəli şərtlər və uyğun faiz dərəcəsi ilə siz də istehlak kreditlərimizdən yararlanın.

Şərtlər: 

  • Vətəndaşlıq:  Azərbaycan Respublikası vətandaşları; (Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan və əsas iş yeri Azərbaycan Respublikası olan Türkiyə Respublikası vətəndaşları.) 
  • Yaş həddi: minimal 22 yaş. Kredit müqaviləsinin bağlanma tarixi borcalanın təqaüd yaşını keçməməlidir.

 

Kredit məbləğinə görə təminat şərtləri:

  • 25 000 AZN -dək (və ya məbləğin xarici valyuta ekvivalenti) - ən az bir fiziki şəxs zaminliyi
  • 25 000 AZN - 50 000 AZN (və ya məbləğin xarici valyuta ekvivalenti) - daşınmaz əmlak və/və ya iki fiziki şəxs zaminliyi
  • 50 000 AZN (və ya məbləğin xarici valyuta ekvivalenti) və yuxarı məbləğlər üçün - daşınmaz əmlak girovu  

 

FİFD min. 12.9%-dir

 

Qeyd: Yeni veriləcək kreditin aylıq ödəniş məbləği ilə müştərinin mövcud və zamin olduğu öhdəliklərinin aylıq məbləğləri cəminin aylıq toplam xalis gəlirinə nisbəti 30%-i aşmayan kredit müraciətlərində aylıq xalis gəlirin üç mislinədək, sözügedən nisbət 30% - 45% aralığında olduğu təqdirdə isə aylıq xalis gəlirinin iki mislinədək təminatsız təklif oluna bilər.

 

İstehlak krediti aldığınız zaman bədbəxt hadisə və ya xəstəlik baş verdiyi halda (vəfat və əmək qabiliyyətinin itirilməsi) ailənizi borc yükündən qorumaq üçün həyat sığortası əldə etməyinizi tövsiyyə edirik. 
Borcalanın həyat sığortası haqqında qısa məlumat:
Bu sığorta növü, borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından könüllü sığorta üzrə fiziki şəxslərə tətbiq edilir. Qeyd edilən sığorta növü üzrə verilən sığorta təminatı borcalanın seçdiyi sığortaçının tətbiq etdiyi şərtlərə əsasən fərqlənə bilər.
Sığorta müqaviləsi qüvvədə olduqda və sığorta hadisəsi baş verdikdə (şəxsin ölümü və ya əmək qabiliyyətinin itirilməsi), sığortaçı borclunun banka olan kredit borcu üzrə sığorta ödənişini sığorta müqaviləsində müəyyən edilmiş şərtlər daxilində banka ödəyir. 
Sığorta qaydaları ilə tanış olmaq üçün link: https://e-qanun.az/framework/56958