Ziraat Bank Azərbaycan Bankkart VİSA və Mastercard kartları ilə Apple Pay vasitəsi ilə nağdsız ödənişi həyata keçirən müştəriləri üçün kampaniya keçirir. Kampaniya çərçivəsində Bankkart sahibləri Apple Pay ilə alış-veriş zamanı kart təqdim etmədən, fiziki düymələrə toxunmadan və ya nağd pul istifadə etmədən təhlükəsiz və sürətli ödənişlər etməklə yanaşı, bir ay ərzində ən az birdəfəlik 30 AZN nağdsız ödəniş edərək 10 AZN bonus qazana bilərlər.
Bonus qazanmaq istəyən müştərilər Apple Pay xidmətini Ziraat Bank Azərbaycanın mobil bankçılıq xidmətindən istifadə edərək kartlarda aktivləşdirməlidirlər.
Aktivləşdirmək üçün sadəcə:
- Ziraat Bank Azərbaycan mobil tətbiqinə daxil olub, istədiyiniz kartı seçin;
- “Apple Wallet”ə əlavə etmək üçün müvafiq təlimatları yerinə yetirin;
- Prosesi yekunlaşdırdıqda seçdiyiniz kartı iPhone, Apple Watch, iPad və ya Mac cihazları vasitəsilə Apple Pay ödənişlərində istifadə edin.
Kart tətbiq vasitəsi ilə əlavə edildiyi andan etibarən müştərilər iPhone və ya Apple Watch cihazlarını POS terminala yaxınlaşdırmaqla ödənişlərini saniyələr içində Apple Pay ilə tamamlaya bilərlər.
Kampaniya 01.08.2025-31.08.2025-ci il tarixlərini əhatə edəcək. Cari ay üzrə aparılan əməliyyatlar üçün bonuslar növbəti ayın 1-10 arası müştərinin ən son ödəniş etdiyi, aktiv kart hesabına mədaxil ediləcək. Qeyd edək ki, bu dövr ərzində Apple Pay ilə ödəniş edən hər müştəri yalnız bir dəfə bonus qazanmaq imkanından faydalana biləcək.
Ziraat Bank Azərbaycan mobil tətbiqini növbəti linkdən yükləyə bilərsiniz: https://ziraatbank.az/app-redirect-link
Apple Pay haqqında ətraflı məlumatı növbəti linkdən əldə edə bilərsiniz https://ziraatbank.az/az/apple-pay-service