Bankkartın 5 illik sifarişi imkanını aktiv etdik!

Müştərilərimiz artıq Bankkartı 5 illik sifariş edə biləcək.
Qeyd edək ki, müştərilərimiz kart sifarişlərini banka gəlmədən, onlayn qaydada 1, 3 və 5 illik olmaqla seçə bilər. Bunun üçün sadəcə bankımızın saytına daxil olaraq ana səhifəsindən və ya  “Onlayn Xidmətlər” bölümündə “Onlayn Bankkart Sifarişi”ni seçib, müvafiq xanaları doldurmaq və onlayn ödənişi həyata keçirmək kifayətdir. 
Onlayn kart sifarişi adi qaydada 3 iş günü, təcili sifarişlə isə 1 iş günü ərzində hazır olaraq istifadəyə təqdim edilir.
Bankımızın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankımızın FacebookInstagramTwitterLinkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.