2017-ci ilin iyul ayından etibarən “Ziraat Bank Azərbaycan” ASC Türkiyədə program təminatı üzrə aparıcı şirkət olan “Veripark”-la birgə hazırladığı, müştərilərinə banka gəlmədən bank xidmətlərindən istifadə etmə imkanı yaradan İnternet Bankçılıq xidmətini təqdim etməyə başlamışdır.
Fərdi və korporativ müştərilər üçün hazırlanmış fərqli əməliyyat və istifadəçi panellərinin yaratdığı rahatlıq və uzaqdan bankçılığın qazandırdığı imtiyazlar bankın bir çox müştərilərinin “Bank Xidməti” anlayışını dəyişmişdir.
İnternet Bankçılığın cari ilin mart ayındakı yenilənməsindən sonra sistem üzərindən toplu vergi ödənişləri, toplu maaş ödənişləri həyata keçirmək, Rus rublu ilə valyuta əməliyyatları icra etmək mümkündür. Sistemin yeniliklərindən biri də, cut-off saatlarını keçdikdən sonra belə, əməliyyatların təsdiq gözləyən əməliyyatlar siyahasında təsdiqlənərək onların növbəti iş günü icra olunma funksiyasının əlavə olunmasıdır. Bundan əlavə, köçürmə sənədlərinə əməliyyatın icra statusunu göstərən “qəbul edildi” və “icra edildi” möhürləri əlavə edilmişdir.
Müştərilər artıq İnternet Bankçılıqda “Hesablar” siyahısında hər bir hesab üzrə “Mənim ödənişlərim” adlı bölməyə daxil olaraq son zamanlar bu hesabdan icra olunan əməliyyatların statusunu görə bilər. “Təsdiqləndi” statusu əməliyyatın artıq icra olunduğunu, vəsaitin hesabdan çıxarıldığı göstərir. Məlumat hesab çıxarışlarında öz əksini tapır.
Xidmətə qoşulmaq istəyən müştərilərin “Ziraat Bank Azərbaycan”-ın xidməti struktur bölmələrinə gələrək “Sifariş Forması”ı və “Müqavilə”ni rəsmiləşdirməkləri lazımdır.