Bankdakı nağd pul dövriyyəsini asanlaşdırmaq üçün “Ziraat Bank Azərbaycan” ASC müştərilərini müasir özünəxidmət servisi ilə təmin edir. Azərbaycanda ilk dəfə Ziraat Bankın filialında quraşdırılan Smart Safe-lər vasitəsilə bankın müştəriləri növbə gözləmədən və əlavə sənədləşməyə ehtiyac qalmadan vəsaiti birbaşa hesablarına yatıra bilirlər.
Smart Seyf-in üstünlükləri:
1. Vəsaitin vaxtında təslim edilməsi;
2. Cari hesaba dərhal mədaxil (onlayn inteqrasiya ilə);
3. Təhlükəsizlik (mədaxil qurğuya yerləşdirilən kimi, bank tərəfindən qəbul olunmuş hesab edilir);
4. Vaxt qənaəti;
5. Kassaya faydalı bir alternativ.
Filial müdürünün sözlərinə görə, Smart Safe filialın işinin gedişatına bir sıra müsbət təsirlər göstərir. Bunlar arasında; növbənin yaranmasının qarşısının alınması, müştəri məmnuniyyətinin artması, bank daxili prosesleri sürətləndirilməsini sadalamaq mümkündür.
Smart Safe-lərin Azərbaycanda tətbiq edilməsi ilə əlaqədar “Halal” şirkətinin satış işləri üzrə rəhbəri Səid Mərdəliyev nikbin danışır: “Biz bu layihəni olduqca perspektivli hesab edir və bu texnologiyaya olan tələbi artıq görürük”.
Hazırda Ziraat Bankın filialında fiziki müştərilərə xidmət göstərən Smart Safe AZN və USD valyuta növlərində əməliyyatlar icra edir. Smart Safe-lərə maraq və tələbata bağlı olaraq gələcəkdə cihazın imkanlarının genişləndirilməsi nəzərdə tutulub.