Müştəriyə aid tələblər
• Kredit yalnız Azərbaycan vətandaşları üçün nəzərdə tutulur
• Kredit vermək üçün minimum 22 yaş həddi müəyyən edilmişdir. Kreditin bitmə tarixi borcalanın təqaüd yaşını keçməməlidir.
Kredit məbləğinə uyğun təminat tələbləri
• Kreditin məbləği AZN valyutası olmaq şərtilə alınan əmlakın ekspert dəyərinin maksimum 70% -i həcmində ola bilər.
• Kredit Türkiyədə əmlak alınması məqsədiylə ayrılır.
Təminat
• Kreditin əsas təminatı qismində daşınmaz əmlakın ipоtekası çıxış edir (zəruri hallarda zaminlik, qarantiya və sairələr çıxış edə bilər)
Müddət
- 6-60 ay aralığında
Ödəniş Şəkli
- Aylıq annuitet
Qeyd
• Ev alışı prosesində bankımız müştəriyə evin qiymətləndirilməsi zamanı və digər ipoteka əməliyyatlarının icrasında müqavilə bağladığımız şirkətlər vasitəsi ilə, sığorta əməliyyatlarının icrasında isə “Turkiye Sığorta” vasitəsi ilə yardımçı olmağı, müştəri isə öz növbəsində əvvəlcədən razılaşdırılmış şərtlərə əsasən ona bank tərəfindən ayrılan kreditin ümumi məbləği və müştərinin ödəyəcəyi 30%-lik hissə, daşınmaz təminatın girova alınma prosesi həyata keçirildikdən sonra satıcının Türkiyə Ziraat Bankında olan hesabına köçürülür.
• Ekspertiz, ipoteka və sığorta xərcləri kredit müştərisi tərəfindən ödənilir.