Kredit daşınmaz əmlak alınması məqsədiylə ayrılır.
Tələb edilən şərtlər aşağıdakı kimidir:
Vətəndaşlıq: Azərbaycan Respublikası vətandaşları; (Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan və əsas iş yeri Azərbaycan Respublikası olan Türkiyə Respublikası vətəndaşları.)
Yaş həddi: minimal 22 yaş. Kredit müqaviləsinin bağlanma tarixi borcalanın təqaüd yaşını keçməməlidir.
Kredit məbləği: Kreditin məbləği AZN valyutası olmaq şərtilə alınan əmlakın ekspert dəyərinin maksimum 70% -i həcmində ola bilər.
Müddət: 60 aya qədər
Təminat: Daxili ipoteka kreditlərində alınacaq daşınmaz əmlak (Mənzil, Fərdi yaşayış və bağ evləri) kreditin təminatı qismində çıxış edir.
FİFD: min. 13,9%
Qeyd *: Yeni inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzil alışı zamanı borcalana və ya üçüncü şəxsə məxsus digər daşınmaz əmlak (Mənzil, Fərdi yaşayış evi və bağ evləri) təminat qismində çıxış edə bilər.
İpoteka krediti aldığınız zaman bədbəxt hadisə və ya xəstəlik baş verdiyi halda (vəfat və əmək qabiliyyətinin itirilməsi) ailənizi borc yükündən qorumaq üçün həyat sığortası əldə etməyinizi tövsiyyə edirik.
Borcalanın həyat sığortası haqqında qısa məlumat:
Bu sığorta növü, borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından könüllü sığorta üzrə fiziki şəxslərə tətbiq edilir. Qeyd edilən sığorta növü üzrə verilən sığorta təminatı borcalanın seçdiyi sığortaçının tətbiq etdiyi şərtlərə əsasən fərqlənə bilər.
Sığorta müqaviləsi qüvvədə olduqda və sığorta hadisəsi baş verdikdə (şəxsin ölümü və ya əmək qabiliyyətinin itirilməsi), sığortaçı borclunun banka olan kredit borcu üzrə sığorta ödənişini sığorta müqaviləsində müəyyən edilmiş şərtlər daxilində banka ödəyir.
Sığorta qaydaları ilə tanış olmaq üçün link: https://e-qanun.az/framework/56958