Bankımızın 10 illiyi ərəfəsində hüquqi şəxs və fərdi sahibkarları dəstəkləmək üçün kampaniya keçiririk. Bankımızda ilk dəfə xarici ticarət əməliyyatı edən müştərilərə ilin sonunadək bu əməliyyatlar üzrə pul köçürmələrində komissiyalara 50%-dək endirim tətbiq edirik. Belə ki, xarici ticarət əməliyyatları üzrə pul köçürmələri Sizin üçün 0.3% deyil, cəmi 0.15 % təşkil edəcək! Ziraat Bankası üzrə ölkə xarici köçürmələri isə 0.15% deyil, cəmi 0.10% ilə icra edə biləcəksiniz. Bu fürsətdən ilin sonuna qədər faydalanın və biznesinizi yeni zirvələrə daşıyın!
Ölkənin real sektoruna hərtərəfli dəstəyi özü üçün ən önəmli istiqamət olaraq seçən Bankımız, xarici ticarətdə istifadə edilən akkreditiv və təminat məktublarını öz geniş müxbir şəbəkəsi vasitəsilə dünyanın müxtəlif ölkələrinə sərfəli şərtlərlə çatdırmaq imkanına sahibdir. Bank eyni zamanda bu sahədə kifayət qədər təcrübəsi olmayan və ya ilk dəfə ixrac və idxalda bu xidmətlərdən istifadə edən müştərilərə ödənişsiz məsləhət, akkreditiv və qarantiya mətnlərinin hazırlanmasına dəstək kimi xidmətlərini də təqdim edir.
Qeyd edək ki, Ziraat Bank Azərbaycan, dünyanın 19 ölkəsində fəaliyyət göstərən “Ziraat Maliyyə Qrupu”nun üzvü olaraq xarici ölkələr arasında əhəmiyyətli nüfuza malikdir. Bu da güvənli xarici ticarət xidmətlərinin göstərilməsində əsas amillərdən biridir. Diqqətəlayiqdir ki, Bankımız xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə “Global Finance” beynəlxalq nəşri tərəfindən iki il ard arda “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank” mükafatına layiq görülmüşdür.
Kampaniya 08.10.2024-30.12.2024 tarixlərini əhatə edir.