Vəzifəyə olan tələblər:
- Ali iqtisadi təhsil;
- Biznes kreditləri və ya kreditlərin rəsmiləşdirilməsi üzrə arxa ofis əməkdaşı vəzifəsində 3 illik iş təcrübəsi;
- Akkreditiv və təminat məktublarının verilməsi, yazılması və banklararası akkreditiv və təminat üzrə yazışmaların aparılması üzrə ən azı 2 illik iş təcrübəsi;
- MS Office (MS Office Excel yaxşı səviyyədə) bilikləri;
- Türk və ingilis dili bilikləri mütləqdir və yüksək səviyyədə olmalıdır;
- Kreditlərin rəsmiləşdirilməsi ilə əlaqədar müvafiq qanunvericilik biliklərinə malik olmaq (İpoteka haqqında Qanun, Mülki Məcəllə, kreditlərin verilməsi ilə əlaqədar Mərkəzi Bankın normativ aktları, URDG -758, İSP – 98 qaydaları);
- Akkreditiv üzrə biliklərə malik olması və MT 700 mətninin SWIFT-də yazma bacarığı;
- MT 760 mətninin SWIFT- də yazma bacarığı.
Əsas vəzifələr:
- Kredit Komitəsinin qərarına uyğun olaraq kreditlərin verilməsi ilə əlaqədar müqavilələrin hazırlanması (baş kredit, ipoteka, girov, kredit, qarantiya, kontr- qarantiya, tələbin güzəşti, kredit xətti, faktorinq və digər müqavilələr);
- İmzalanan müqavilələrin proqram girişlərinin icra edilməsi;
- İstifadə olunan kredit müqavilələrin və kreditin rəsmiləşdirilməsi prosesinin optimallaşdırılmasının təklif və təşkil edilməsi;
- Verilən bütün növ öhdəliklərin əvvəldən sonadək rəsmiləşdirilməsinə nəzarət etmək;
- Müqavilələrin filiallarda və baş ofisdə standart arxivləşdirilməsinin təşkil edilməsi;
- Hazırlanmış müqavilələrin qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməsinin yoxlanması və bu sahədə standartların müəyyən edilməsi;
- Bankın Sahibkarlığın İnkişaf Fondu, Azərbaycan Respublikasıının İpoteka və Kredit Zəmanət Fondu (və digər qurumlar) ilə imzalanan müqavilələrdən irəli gələn qarşılıqlı tələblərin icra edilməsi;
- Təminat məktublarının (daxili, xarici) mətnlərinin incələnməsi, yazılması və avıso edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər noyabr ayının 30-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kredit arxa ofis” qeyd edilməsi vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.