Daxili Audit departamenti IT Audit vəzifəsinə işə dəvət

Vəzifəyə olan tələblər:

  • IT sahəsi üzrə risk yönümlü audit planının qurulması və müvafiq olaraq icrası;
  • IT sahəsi üzrə risklərin və nəzarət sistemlərinin adekvatlılığının, həmçinin fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin yoxlanılması;
  • IT infrastrukturu üzrə mövcud biznes proseslərinin analizi və effektivliyinin artırılması üzrə təkliflərin verilməsi;
  • Bankda informasiyaların qorunması və təhlükəsizliyinin təmin edilməsi üzrə nəzarətin mövcudluğunun yoxlanılması;
  • Auditin Beynəlxalq audit standartlarına uyğun aparılmasının təmin edilməsi və proseslərin standartlara uyğun aparılması üzrə tövsiyələrin verilməsi;
  • Audit prosesində əldə edilmiş informasiyalar və nöqsanlar barəsində yazılı formada hesabatın hazırlanması və təqdim edilməsi;
  • Departamentin fəaliyyətinə aid olan və beynəlxalq praktikada qəbul olunmuş digər auditor vəzifələrinin yerinə yetirilməsi.

Əsas vəzifələr: 

  • IT Mühəndislik üzrə təhsil, Ali (o halda IT üzrə sertifikat) ;
  • IT sahəsi (IT təhlükəsizlik, sistem inzibatçılığı, proqramlaşdırma, verilənlər bazası və s.) üzrə 2 ildən artıq iş təcrübəsi;
  • IT Audit və risklərin idarə olunması üzrə biliklər;
  • Daxili və Beynəlxalq IT standartları üzrə biliklər.

 

Göstərilən tələblərə cavab verən namizədlər noyabr ayının 30-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “IT Audit” qeyd edilməsi vacibdir.


İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.