Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığımız çərçivəsində Fondun vəsaiti hesabına müştərilərimizə güzəştli şərtlərlə kreditlər təklif edirik.
Güzəştli kredit, sahibkarlıq subyetklərinin investisiya layihilərinin maliyyələşdirmələrinə yönəldilən təyinatlı və ünvanlı vəsaitlərdir. 10 000 000 AZN-dək təqdim olunan güzəştli kreditlərin faiz dərəcəsi 5% təşkil edir.
Güzəştli kreditlərin verilməsi üzrə prioritet istiqamətlər üçün linkə keçid edin: https://edf.gov.az/site/priority/115
Güzəştli kreditlər məbləğləri:
- Kiçik həcmli: 5 000 - 50 000 AZN
- Orta həcmli: 50 000 - 1 000 000 AZN
- Böyük həcmli: 1 000 000 - 10 000 000 AZN
Kreditin müddəti:
- Kiçik həcmli: 3 ilədək
- Orta həcmli: 3-5 il
- Böyük Həcmli: 5-10 il
Güzəşt müddəti: Kredit müddətinin yarısınadək
Faiz dərəcəsi: 5%
Lazımi Sənədlər:
-
Sahibkarlıq subyektinə aid məlumatların Fonda ötürülməsinə dair sahibkarın razılığını təsdiq edən sənədin əsli;
- 200 min manatdan böyük kreditlər üzrə biznes plan;
- VÖEN-in surəti;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Sahibkarın fəaliyyət göstərəcəyi yerə və ya əmlaka dair sənədlərin surətləri.