Layihə və Kredit Təhlili departamentinə Mütəxəssis/Aparıcı mütəxəssis vəzifələrinə işə dəvət

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi təhsil; 
  • 3 ildən artıq kredit təşkilatında SME və ya korporativ kredit sifarişlərinin təhlili, kreditlərin verilməsi sahəsində təcrübə;
  • İqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
  • Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətinin qiymətləndirilməsi, maliyyə vəziyyətində dəyişikliklərin izlənməsi, proqnoz hesabatların hazırlanması bacarığı;
  • Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
  • ACCA F3 (FA) sertifikatının olması, ACCA F7 (FR) arzu olunandır.
  • Kompüter bilikləri (MS Office (xüsusi ilə Excel)).
  • Rus, türk və ingilis dil bilikləri müsbət qarşılanır;
  • Azərbaycan, Türkiyə və Rusiya bazarları haqqında müəyyən biliklərə sahib olmaq arzu olunandır;

Əsas vəzifələr:

  • Korporativ müştərilər üzrə geniş təhlil hesabatının hazırlanması.  
  • Portfel üzrə müştərilərin müyyən edilmiş kriteriyalar üzrə aylıq, rüblük, yarımillik hesabatların hazırlanması.

Göstərilən tələblərə cavab verən namizədlər Oktyabr ayının 31-nə qədər öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kredit Təhlili” qeyd edilməsi vacibdir.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.