Marketinq və Korporativ Əlaqələr Departamenti Məhsulların Yaradılması Şöbəsinə Menecer/Baş mütəxəssis vəzifələrinə işə dəvət

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi/maliyyə təhsili; 
  • Bank məhsullarının yaradılması və inkişaf etdirilməsi üzrə ən azı 5 il iş təcrübəsi;
  • Kollektivlə işləmə bacarığı;
  • Analitik problemləri təhlil və həll etmək qabiliyyəti;
  • Bazarın öyrənilməsi, təhlili, rəqiblərin mövqelərinin izlənməsi;
  • Türk və ingilis dili biliyi (Rus dil biliyi müsbət qarşılanır);
  • Microsoft Excel (yüksək səviyyədə).

Əsas vəzifələr:

  • Bazar araşdırması nəticəsində yeni məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün işlər görmək;
  • Bankın məhsulları haqqında istifadəçilərin rəy və təkliflərini öyrənmək məqsədi ilə təhlillərin aparılması;
  • Korporativ və pərakəndə bank məhsullarının beynəlxalq təcrübələrinin öyrənilməsi, təhlili, təqdimatı və razılaşdırıldığı təqdirdə tətbiqi;
  • Məhsul keyfiyyətinin yüksəldilməsi üçün sistem inkişaf prosedurlarını gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün IT, satış  və əməliyyat ilə işləmək;
  • Planlaşdırılmış və mövcud layihələri idarə etmək;
  • Yeni və mövcud məhsullar üzrə təqdimatların hazırlanması, yenilənməsi və bankdaxili təqdimatların keçirilməsi;
  • Yeni məhsul təkliflərini hazırlamaq və istifadəyə vermək;
  • Məhsulun yaradılması proseslərini hazırlamaq və bu prosesi idarə etmək;
  • İnkişaf etdirilən məhsulun hüquqi  qanunlara , yerli və beynəlxalq qaydalara  uyğun olmasını təmin etmək;
  • İnkişaf etdirilən məhsulun qiymətləndirilmə və marketinqini həyata keçirmək;
  • Verilən məlumatlar əsasında məhsulun hədəflərinin yerinə yetirilməsini izləmək.

Göstərilən tələblərə cavab verən namizədlər avqust ayının 31-nə qədər öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Məhsulların yaradılması” qeyd edilməsi vacibdir.