Naxçıvan filialına Kiçik əməliyyatçı-kassir vəzifəsinə işə dəvət

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi olması arzuolunandır;
  • Kompüter bilikləri (MS Office, Internet); 
  • Türk, Rus və İngilis dili bilikləri müsbət qarşılanır.

Əsas vəzifələr:

  • Mərkəzi Bankın qaydalarına uyğun olaraq nağd pul və qiymətlilərlə əməliyyatların aparılması;
  • Mərkəzi Bankın qaydalarına uyğun olaraq nağdsız hesablaşmalar və pul köçürmələrin aparılması;
  • İş gününün sonunda filial müdiri və mühasib/nəzarətçi ilə birlikdə nağd pul vəsaitləri və qiymətlilərin sayılması, qalıqların bankın daxili proqramındakı qalıqlarla üzləşdirilməsi;
  • Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi;
  • Qaydalara uyğun olaraq valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi;
  • Limitdən artıq nağd pul vəsaitlərinin Mərkəzi Banka və ya Mərkəzi Bankın Ərazi idarəsinə təhvil vermək üçün hazırlanması və Bankın Pul anbarına baş kassirə təhvil verilməsi;
  • Filiallara təhvil verilməli olan plastik kartların qəbul edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər Oktyabr ayının 31-nə qədər öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kiçik əməliyyatçı-kassir” qeyd edilməsi vacibdir.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.