Xəzinədarlıq və Beynəlxalq Bankçılıq Departamentinin Kiçik mütəxəssis/Mütəxəssis/Baş mütəxəssis vəzifəsinə işə dəvət

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (iqtisadiyyat və maliyyə sahəsində ali təhsil arzu olunandır); 
  • CFA imtahanını 1-ci pilləsinin olması mütləqdir;
  • Kompüter bilikləri: Yüksək səviyyədə MS Excel, MS PowerPoint və Bloomberg;
  • Mükəmməl Azərbaycan dili və İngilis dili bilikləri (Türk və Rus dillərini də bilməsi arzuolunandır). 
  • Məntiqi və analitik düşünmə tərzi;
  • Yüksək kommunikasiya bacarıqları; 
  • Komandada işləmək bacarığı;
  •  Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

Əsas vəzifələr:

  • Qiymətli kağızlar bazarında əməliyyatları aparmaq;
  • Banklararası cəlbetmə / yerləşdirmə və qiymətli kağızlar portfelinin hesabatlılığını təmin etmək;
  • Pul, valyuta, qiymətli metallar, törəmə maliyyə alətlərlə və əmtəə bazarında əməliyyatlar aparmaq. 
  • Gəlir və likvidlik əldə etmək məqsədilə valyutalarla treydinq/dilinq əməliyyatları aparmaq; 
  • Tələb oluna biləcək departamentdaxili müvafiq hesabatların hazırlanması;
  • Vəzifəsindən irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəliklər; 
  • Departament əsasnaməsinə uyğun olaraq bu şöbəyə həvalə olunmuş funksiyalar çərçivəsində müvafiq vəzifələrin yerinə yetirilməsini təmin etmək.

Göstərilən tələblərə cavab verən namizədlər Avqust ayının 30-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Xəzinədarlıq və Beynəlxalq Bankçılıq Departamenti” qeyd edilməsi vacibdir.