Ziraat Bank tərəfindən sahibkarlara növbəti dəstək!

Ziraat Bank tərəfindən xüsusi karantin rejimində biznes müştərilərinə daha bir güzəşt təqdim edilir. COVID-19 pandemiyası ilə əlaqədar olaraq, sahibkarlara dəstək məqsədi ilə “Ziraat Bank Azərbaycan” ASC Mərkəzi Bank tərəfindən bildirilən  tələblərə uyğun gələn sahibkarlıq subyektlərinin ( Pos Terminal və Elektron Kommersiya partnyorları)   ödəniş kartları ilə ödənişlərinin qəbulu zamanı xərclərinin  01.01.2021-ci il tarixinə qədər 50 %-dək güzəşt edilməsini qərara almışdır.