İnformasiya Texnologiyaları Departamenti Bank Sistemlərinin İdarə Edilməsi (Core Banking) sahəsi üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifələrinə işə dəvət

Vəzifəyə olan tələblər:

  • Sahə üzrə  ən azı 3 illik iş təcrübəsi;
  • Core banking sistemləri üzrə təcrübə, Colvir əməliyyat sistemi üzrə təcrübə arzuolunandır;
  • SQL, PL /SQL bilikləri;
  • Linux bilikləri, İntegration tool;
  • SOAP / REST bilikləri;
  • Biznes proseslərin texniki analiz etmə qabiliyyəti.

Əsas vəzifələr: 

  • Avtomatlaşdırılmış bank sisteminə yenilənmələrin yüklənməsi və sazlamaların edilməsi;
  • Bank sisteminə ediləcək dəyişikliklərin izlənilməsi və texniki dəstək göstərilməsi;
  • Bank əməliyyat gününün bağlanılmasına nəzarət edilməsi;
  • Daxil olan biznes tələbləri anlamaq, qeydiyyatını aparmaq və səlahiyyətli əməkdaşları məlumatlandırmaq;
  • PL/SQL vasitəsilə lazımi funksiya və prosedurların yazılması;
  • Bank sistemlərində gündəlik ortaya çıxan problemlərin həll edilməsi;
  • Bank proqramının dəstəyini təmin edən şirkət ilə operativ işləmək;
  • Bank ödəniş sistemlərinə texniki dəstəyin göstərilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını noyabr ayının 30-dək cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Core Banking” qeyd etməyiniz vacibdir.