PİN delivery (PIN SET) xidməti vasitəsilə Siz Ziraat Bank Azərbaycan-ın veb-saytında yeni kartınız üçün PİN kodu təyin edə bilərsiniz. Bunun üçün:
- Xidmətin səhifəsinə daxil olun. (Link: https://reg.azericard.com/pin_ziraat/ );
- Səhifəyə keçid aldıqda müvafiq pəncərəyə kartın 16 rəqəmini, istifadə müddətini və CVV kodunu daxil edin;
- Bankda qeyd edilən nömrənizə sms-lə kod gələcək. Kodda * ilə işarələnən xanaların yerinə təyin etmək istədiyiniz şifrənin (PİN) rəqəmlərini əlavə edərək saytda açılmış yeni səhifəyə daxil edin. Misal üçün smslə sizə kod daxil olub *715**8*31 (təyin etmək istədiyiniz PİN 4567). Açılmış xanada siz növbəti ardıcıllıqla rəqəmləri əlavə edirsiniz: 4715568731
- Ok düyməsini sıxın. Pin Kodunuz təyin edildi!
- İstənilən bank ATM-nə yaxınlaşın, kartı bankomata daxil edin və təyin edilmiş PİN kodu yığıb yoxlayın. Pin kodunuz təsdiq edildi!*
*PIN kodunuzu ATM-də təsdiq etmədən onlayn alış-verişlərdə və 100 AZN-dək TƏMASSIZ POS-terminal ödənişlərində istifadə edə bilərsiniz!