Təminat Məktubları (Qarantiyalar)

Təminatınız Ziraat Bank Azərbaycan olsun!

Təminat məktubları (Qarantiya) - Əməkdaşlıq zamanı tərəflərdən birinin digəri qarşısında öhdəliklərinin yazılı icrasıdır. Təminat məktubu ölkə daxilində və ya xaricində yaşayan fiziki və ya hüquqi şəxslərin xeyrinə verilən müəyyən edilmiş müddətdə və müəyyən edilmiş şərtlərlə hər hansı bir malın çatdırılmasının və ya işin görülməsinin Prinsipal(müştəri) tərəfindən yerinə yetiriləcəyinin təminatıdır. 


Qarantiyaların növləri:

  • Ödəmə qarantiyası (Payment Guarantee) - Təhvil verilmiş iş, mal və ya göstərilən xidmət üzrə ödənişin vaxtında təmin ediləcəyinə dair təminatdır.
  • Avans qarantiyası (Advance Payment Guarantee) - Avans ödənişinin geri qaytarılmasına verilən təminatdır.
  • İcra qarantiyası (Performance Guarantee) - Müqavilə üzrə malların çatdırılması/işlərin icrası barədə öhdəliklərin yerinə yetirilməsinə verilən təminatdır.
  • Keyfiyyət qarantiyası (Warranty Guarantee) - Təhvil verilmiş iş, mal və ya göstərilən xidmətin keyfiyyətinin müqavilə şərtlərinə uyğun olması üçün verilən təminatdır.
  • Tender qarantiyası (Tender Guarantee/Bid Bond) - Tender iştirakçısının tender qaydalarına əməl edəcəyinə dair verilən təminatıdır.  
  • Gömrük qarantiyası (Customs Guarantee) - Gömrük orqanları qarşısında yaranmış və ya yaranabiləcək gömrük borcunun vaxtında ödəniləcəyinə verilən təminatdır.
  • Kreditin təminatı qarantiyası (Financial Guarantee) - Nağd və qeyri-nağd kreditlərin təminatı olan qarantiyalardır. Bankdan kredit tələb edən şəxsin kredit müqaviləsinə uyğun olaraq öz ödəmə öhdəliklərini yerinə yetirməsinə verilən təminatdır.

 

Təqdim olunan xidmətlər:

  • Qarantiyaların açılması, təsdiqi, avizo edilməsi və digər əməliyyatların icrası;                                                           
  • Qarantiyalar ilə bağlı müştərilərə konsultasiya xidmətlərin göstərilməsi;
  • Digər banklar tərəfindən bankımıza verilən kontr-qarantiyaların qarşısında qarantiyaların verilməsi.


Müştərilər Təminat Məktubları üzrə bank komissiyalarını əvvəlcədən və ya müəyyən edilmiş dövrlərdə ödəyə bilməkdədir. 


Bankımızın xarici  ticarət sahəsində fəaliyyətinin nəticəsi olaraq, beynəlxalq işgüzar “Global Finance" jurnalının əsaslı seçim prosesinin nəticəsinə əsasən, Ziraat Bank Azərbaycan 2022-2023-cü illərdə “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank" mükafatının qalibi elan edilmişdir. Bu haqda məlumat jurnalın rəsmi saytında açıqlanıb. 


Əlavə suallarınız yarandığı təqdirdə *9229 müştəri əlaqə mərkəzimiz və ya callcenter@ziraatbank.az elektron poçtu vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.