Ziraat Bank Azərbaycan ABA tərəfindən iki nominasiya üzrə mükafatlandırlıb!


Bankımız 2021-ci il üzrə göstərdiyi fəaliyyətə görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən mükafatlandırılıb. Ötən il ərzində ölkənin sosial-iqtisadi inkişafına, şəhid ailələri və qazilərə, xanım sahibkarlara verdiyi dəstək üzrə bankımız “Korporativ sosial məsuliyyət” nominasiyasının qalibi elan edilib. Həmçinin il ərzində müxtəlif təhsil ocaqlarına verdiyi dəstəyə görə də “Ən fəal təhsil dəstəkçisi” nominasiyası ilə qaliblərdən biri elan edilib. 
Qeyd edək ki, “Bankçılıq Mükafatları” tədbiri Azərbaycan Banklar Assosiasiyası tərəfindən ildə bir dəfə təşkil edilir və il ərzində bankların  fəaliyyəti asossiasiya tərəfindən dəyərləndirilir. 

 

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.