Beynəxalq Ailə Günü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ərifəsində “Ziraat Bank Azərbaycan” ASC öz missiyasına sadiq qalaraq əhalinin həssas qrupları sayılan (əlilliyi olan şəxslər, aztəminatlı ailələr, şəhid ailələri, məcburi köçkünlər, işsiz və işaxtaran şəxslər və b.) şəxslərə, “Sabahın Sahibkarları” sloqanı altında öz bizneslərini qurmağa tam dəstək göstərmişdir.
Məqsəd ölkədə həssas əhali qruplarının kiçik və orta sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, yerli istehsalın artırılması, aile biznesinin qurularaq ölkəmizin iqtisadiyyatına dəstək olmaqdır. Belə ki, Ziraat Bank tərəfindən regionlarda yaşayan həssas əhali qrupuna daxil olan və regional özünüməşğulluq idarəsində kursu bitirərək peşə sahibi olan şəxslərə, gözəllik salonu, tekstil məhsullarının istehsalı və digər sahələr üzrə sahibkarlıq fəaliyyətinə başlamaqları üçün lazımı avadanlıqlar ilə təmin etmişdir.
Qeyd edim ki, bununlada ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış memorandumun icrasına “Ziraat Bank Azərbaycan” ASC –də qoşularaq, regionlarda sahibkarlığa, yerli istehsalın artırılmasına, ailə biznesinin qurulmasına və dövlətimizin apardığı siyasətə həmişə olduğu kimi dəstəyini göstmişdir.
Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC ölkə ərazisində Bakı,Gəncə və Sumqayıt şəhərlərində yerləşən 4 filialı mövcuddur və cari il ərzində filialları sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır. Bank, məhsullar və xidmətlər haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, https://ziraatbank.az/az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.