Mobil Bankıçılıq tətbiqimiz ilə Türkiyədə baş vermiş zəlzələdə zərər çəkənlərə dəstək olmaq daha da asanlaşdı

Mobil Bankıçılıq tətbiqimiz ilə Türkiyədə baş vermiş zəlzələdə zərər çəkənlərə dəstək olmaq daha da asanlaşdı

Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələdə zərər çəkənlərə yardım etmək istəyən müştərilərimiz üçün Mobil Bankçılıq tətbiqiİnternet Bankçılıq platforması vasitəsilə ilə daha rahat şəkildə yardımın icrası məqsədilə əsas səhifədə “AFAD” qurumuna ianələr üçün xüsusi düymə yaratdıq.

Qeyd edək ki, həm filiallarımız, həm də rəqəmsal platformalarımız vasitəsi ilə zəlzələdən zərər çəkənlər üçün köçürmələri fəlakətin baş verdiyi ilk gündən bəri komissiyasız və ƏDV-siz icra edilir. 

Baş vermiş təbii fəlakətdə zərər çəkənlərə yardım etmək istəyən, amma müştərimiz olmayan həmvətənlərimiz Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) rəsmi saytında ianəni asanlıqla həyata keçirə bilər.

Qurumun rəsmi saytında “Deprem Bağış Hesapları” səhifəsinə keçid alaraq ölkədaxili banklara məxsus istənilən valyuta növündə kart ilə “AFAD” qurumunun TL, USD, EUR valyutalı hesablarına yardımı asanlıqla həyata keçirmək olar.

İanə üçün növbəti linkə keçid alaraq köçürməni icra edə bilərsiniz. Link: https://www.afad.gov.tr/

Bankımızın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankımızın FacebookInstagramTwitterLinkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.