Bankımız xarici ticarət istiqamətində göstərdiyi xidmətə görə Beynəlxalq nəşr tərəfindən mükafatlandırılıb. Belə ki, xarici ticarət əməliyyatlarında təqdim etdiyi xidmətlərin keyfiyyəti, innovativliyi və müştəri yönümlülüyünü nəzərə alaraq, əsaslı seçim prosesinin nəticəsində bu il “Global Finance” jurnalı Ziraat Bank Azərbaycanı “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank” nominasiyasına layiq görüb. Bu haqda məlumat jurnalın rəsmi saytında açıqlanıb. Link: https://bit.ly/3JAiNwe
Dünyanın 18 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olduğumuzdan, ticarət bazarında digər rəqiblər ilə müqayisədə sizlərə daha əlverişli və sürətli xidmət göstərmək imkanına malikik. Qeyd edək ki, xarici ticarət xidmətləri üzrə müştərilərimizə konsultasiya xidməti və individual yanaşma tətbiq edilir. Həmçinin bank olaraq məhsul və xidmət çeşidliliyinin genişləndirilməsi ilə yanaşı, Ziraat Maliyyə Qrupunun fəaliyyət göstərdiyi 18 ölkə arasında əməkdaşlığın stimullaşdırılması məqsədilə ümumi bir portalın hazırlandığını da nəzərinizə çatdırmaq istərdik.
Təqdim etdiyimiz məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.